Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyul 12:14
Şərh Yoxdur
987

Əgər insan təbiət aləmindən çıxıb yuxarı qalxsa, o zaman niyyət edib

Ayətullah Cavadi Amuli buyurur:

Deyilənlərdən məlum olur ki, niyyət əməlin canıdır. “İbadət zamanı niyət edin” deməkdə məqsəd bu deyil ki, məsələn, namaz qaldıqda insan “dörd rəkətli zöhr namaz qılıram, qurbətən iləllah” kəlmələrini zehnində canlandırsın. Bu, məna əhlinin nəzərində – ilk baxışda niyyət adlansa da – həqiqi mənada qəflətdən başqa bir şey deyil.

Niyyət ruhun köç və pərvaz etməsidir. Əgər insan təbiət aləmindən çıxıb yuxarı qalxsa, o zaman bu şəxs niyyət edib. Əks halda bu, sadəcə zehində hasil olan və gəlib keçən bir məşğuldur. Bu sadəcə vacib namazın yerinə yetirilməsidir ki, təzələməyə və qəza etməyə ehtiyac yoxdur. Əməlin batininin əlaqədar olduğu və əməldən üstün olan niyyət isə ruhi bir hicrətdir ki, ruh bu zaman pərvaz edir. Bu niyyət əməldən üstündür. Ona görə də deyərlər ki, Allahı sadiq niyyətlərlə çağırın.

İbadətin səhih olması niyyətə bağlıdır. Onsuz əməl batil olar. Niyyətin dərəcələri olduğu kimi, onun səhih olmasının də dərəcələri vardır.

Qiyamət gününün mühüm dayanacaqları vardır: Cəhənnəm, Cənnət və Rizvan. Digər tərəfdən insanın həfsinin də şəhvət, qəzəb və kamillk axtaran əql halı vardır. Bunları nəzərə alaraq ibadətin və ibarət edənlərin də üç növü var: Bir dəstə Cəhənnəmdən qorxduqlarına görə Allaha ibadət edərlər. Bu qulların ibarətdir. Başqa bir dəstə Cənmət və nemətlərinə çatmaq üçün ibadət edərlər. Bu, tacirlərin ibadətidir. Üçüncü dəstə isə yalnız Allaha məhəbbətləri olduğuna görə Ona ibadət edərlər. Bu, ibadətin ən əstün mərtəbəsidir. Buna hürr insanların ibadəti deyərlər.[1] Bu ibadətlərin hamısı çətindir, lakin cavab və mükafatda bir-birindən fərqlidirlər.

“Qürbət qəsdi” adı ilə də tanınan niyyət əməlin canı və ruhudur, əməlin özündən daha üstün və mühümdür. Çünki əməlin həyat və diriliyi niyyətə bağlıdır. Əməllərin mükafatı insanın niyyət və qəsdinin necə olması əsasında müxtəlif dərəcələrlə veriləcək.

 

www.ahliman.info

[1] «Nəhcül-Bəlağə» hikmət 237.

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..