Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 İyun 13:00
Şərh Yoxdur
6594

Ustad Möhsün Qiraətinin Qədr gecəsinə aid tövsiyəsi

Ustad Möhsün Qiraəti ruhanilərə və xətiblərə Ramazan ayı ilə bağlı müraciət etmişdir: “Bəli, ayların ən yaxşısı Ramazan ayıdır. Ən yaxşı gecə Qədr gecəsidir və həmin gecədə Quran nazil olmuşdur. Ən gözəl kəlam Qurandır. Siz bilirsiniz ki, Quran nur, bürhan, moizə, hikmətdir. Ancaq bir çox məscidlərdə hətta Qədr gecəsində belə Qurana lazımi diqqət ayrılmır. Allaha həmd olsun ki, “Cövşən-Kəbir” duası, mərsiyə oxumaq, Quran mərasimi və çıxışlar etmək geniş yayılmışdır. Ancaq Qurandan neçə ayə təfsir edilir? Hətta tövbəyə, duaya, təvəssülə, İmamətə, Həzrət Əlinin (ə) fəzilətinə aid onlarla ayə şərh edilmir.

 

Aydındır ki, Qədr gecəsində məscidlər o kəslərin cəmləşdiyi yerdir ki, ancaq Qədr gecəsində məscidə gəlirlər. O cavanlar ki, il boyu şübhə, şayiə içində olub, şeytanın tələsinə düşüblər, hər tərəfdən hücuma məruz qalırlar, bu gecələrdə Quranın nurani bəhsləri və hədisləri ilə sığorta edilməlidirlər.

Çox vaxt müşahidə olunur ki, yuxunun, tarixin, siyasi təhlillərin, zəif hədislərin nəqli Qurandan daha çox yer tutur. Halbuki, Quran buyurur ki, danışan zaman Quranı mehvər qərar vermək lazımdır. Moizələrdə Quran mehvər olmalıdır. Hədislərin nəql edilməsində Quran mehvər olmalıdır. İmam Rza (ə) buyurur: “Namazın vacib olmasının səbəblərindən biri budur ki, Quran tərk edilməsin”. Çünki dua yolunu da Qurandan öyrənmək lazımdır. Belə ki, Musanın (ə), İsanın (ə) və Həzrət Muhəmmədin (s) cəddi olan Həzrət İbrahim (ə) Allahdan istədiyi üç arzuda Allah Təala buyurmuşdu ki, bu cür dua etmə. İbrahim buyurmuşdu ki, “Mənim nəslim İmam olmalıdır”. Allah buyurmuşdu ki: “İmamət hər kəsə verilmir.” Allahdan iman əhlinə ruzi istəyəndə Allah yenə buyurur ki, bu cür dua etmə. “Mən kafiri də öz ruzim ilə razı edirəm”.

Bəli, həqiqətən Quranın hər kəlməsində çoxlu məna vardır ki, onun dadına baxmaq lazımdır. İnsanlara dadızdırmaq lazımdır. Tövbə gecəsi olan Qədr gecəsində Quranın ayələrini mehvər qərar verək və Quranı tərk etməyək”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..