Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 İyul 11:18
Şərh Yoxdur
949

Ustad Fatimi Niya: Hər ayın və günün xüsusi hidayət və nuru var

Ustad Abdullah Fatimi Niya buyurur: Rəvayətlərdən birində deyilir ki, Əmirəlmöminin Əli (ə) bəzi ayların əvvəlində ayın hilal vəziyyətinə nəzər salar və belə dua edərdi: “Allahım! Mən bu ay Səndən bu ayın nurunu və bu ayın hidayətini istəyirəm!

Əgər ümumi şəkildə  “Nur və Hidayət istəyirəm” desəydi, o zaman bu nur və hidayətin  bu aya heç bir dəxli olmazdı. Amma “Bu ayın nuru və hidayəti” demişdir və bu ifadədən də məlum olur ki, bu ay xüsusi bir nura və hidayətə malikdir. Hər ayın özünəməxsuz nuru və hidayəti olur, eləcə də hər günün özünəməxsuz bir nuru və hidayəti vardır.

Əllamə Məclisi “Biharul-Ənvar” kitabında Rəsulullahdan (s) rəvayət edir: Həzrət Rəsulullah (s) hər gün yuxudan qalxarkən, Allaha belə dua edərmiş: “Allahım! Səndən bu günün nurunu və hidayətini istəyirəm!

Həzrət İmam Səccad (ə) hilalın görünməsi duasında belə buyurmuşdur: “Ey hilal! Allah səni yeni bir aydakı iş və əmrlər üçün açar qərar vermişdir“.

Deməli, hər ayın özünəməxsuz bir əmri, xüsusiyyəti və təsiri vardır. Fəlsəfədə də belə bir mövzu mövcuddur ki, görəsən bu aləmdə baş verən hadisələr halnız baş verdiyi zamana aiddir, yoxsa bütün zamanlarda baş verə bilər? Məsələn Rəbiul-Əvvəl ayında görünən işlər, Rəbius-Sani ayında da baş verə bilər, yoxsa yox?

Bəziləri deyirlər ki, Xeyr, olmaz! Çünki hər bir hadisə və məsələ əvvəlki və sonrakı zamanlara deyil, yalnız öz zamanına aid olur (zaman, məkan və sair buna oxşar amillər əşyaların vicuduna tam aiddir).

Həzrət Əmirəlmöminin (ə) “Nəhcül-Bəlağə”də buyurmuşdur: “Allah-Təala bütün əşyaları özünəməxsuz zamanla şərtləndirmişdir“.

Bu o deməkdir ki, bütün işlər öz zamanında görülməlidir. Əlbəttə, burada “Bəda” məsələsinə də diqqət yetirmək lazımdır. Bəda mövzusu Şiələrə məxsuz olan bir əqidədir və İslam aləmində mübahisəli məqamlardan hesab olunur və hər kəsin anladığı və ya həll etdiyi məsələ deyil. Bu bəhslə bağlı geniş məlumat vermək fikrində deyilik, amma müxtəsər şəkildə bunu deyə bilərik: Bütün işlər Allahın iradə və istəyinə tabedir. Bütün işləri özünün adi səbəblərinə aid etməklə yanaşı, Allahın təqdir və iradəsinin də yaddan çıxarmaq olmaz: “Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (Lövhi-Məhfuz) Onun yanındadır.”

Allah-Təala həm qəti şəkildə təqdim etdiyi işləri, həm də müəyyən şəraitlə şərtləndirilmiş işləri görəndi.

Mühüm olan odur ki, Allahdan istəyək hər ay və hər gün bizimlə bağlı baş verən hadisələri xeyir və bərəkətə yaxınlaşdırsın, nəticədə hər ay və günün bərəkət və nurundan faydalana bilək.

“Səhifeyi-Səccadiyyə”də belə deyilir: “Pərvərdigara, əgər bizə işdən azad edilərək asudə qalmağı təqdir etməli olsan, günah və yorğunluq bizə üz tutmasın!”

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

Zilhiccə ayının ilk ongününün müştərək əməlləri

Zilhiccə ayı bərəkətli,şərafətli və fəzilətli aylardan biridir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın... Davamı..

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..