Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Yanvar 14:38
Şərh Yoxdur
2474

Təvəkkülün insan həyatında 6 faydası

Təvəkkül, yəni Allah Təalaya qəlbən etimad etmək, Ona söykənməkdir. Allaha təvəkkül edən insan Onu həyatında olan tək Qüdrət Sahibi hesab edir. Əgər bu etiqadı möhkəm imanla birlikdə həyatında əmələ çevirə bilərsə, çətinliklər insana asan görünər. Depressiya və ruhi xəstəliklərdən uzaq olar. Ona görə də Allaha təvəkkül etmək – özünə həqiqi dayaq tapmaq deməkdir. İnsan özünə ən yaxşı müdafiə edəni seçir. Bunu qeyd etmək lazımdır ki, Allaha təvəkkül edən insan bu yolda səy etməzsə, nəticə əldə edə bilməz. İnsan qəlb etiqadı ilə bir yerdə, həm də hərəkət etməlidir. Bu zaman istədiyi nəticəyə çata bilər. (Tebyan/Deyerler)

Allaha təvəkkül etmək həyatımıza çox sayda səmərə gətirir ki, onlardan 6-na işarə edək:

 

1. Təvəkkül nicat mənbəyidir.

İmam Əli (ə) buyurur: “Allaha təvəkkül etmək – hər bir pislikdən nicat tapma və hər bir düşməndən amanda qalma mənbəyidir”. İnsan həyatın hər bir sahəsində büdrəyə bilər. Bizə bu zaman nicat verə biləcək qüvvə – Allaha təvəkkül etməkdir. İnsan Allaha etimad edərək, bu büdrəmələrdən amanda qalar.

 

2. Çətinliklərdən nicat tapar.

İmam Əli (ə) buyurur: “Hər kim Allaha təvəkkül edərsə, çətinliklər onun üçün asan olar”. İnsan həyatda çox sayda çətinliklərlə üzləşər və buna görə də çarə düşünər. O kəs ki, daxilində Allaha etimad edər, bu çətinliklərə səbir edərsə, Allah bu çətinliklərin həll yolunu ona göstərər və bunun üçün vasitələr hazır edər.

 

3. Asan ruzi.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allaha təvəkkül edərsə, Allah qazancını kifayət edər və gözləmədiyi yerdən ona ruzi verər”. Ruzi Allahın əlindədir. Ancaq o kəslərin ki, Allaha təvəkküləri çoxdur, ruziləri başqaları ilə fərqlənər. Allah ruziyə çatmaq yolunu bu insanlar üçün asan edər.

 

4. Ehtiyacsızlıq.

İmam Sadiq (ə) buyurur: “Ehtiyacsızlıqla izzət hər yeri gəzər, təvəkkül olan yeri tapanda orada qərar tutarlar”. İlahi sünnət belədir ki, Allaha təvəkkül edənlər ehtiyacsız olmalıdır. Bu insanlar heç kəsə möhtac olmazlar.

 

5. Qələbə.

İmam Baqir (ə) buyurur: “Hər kim Allaha təvəkkül edərsə, məğlub olmaz. Hər kim Allaha təvəssül edərsə, əzilməz”. Allaha təvəkkül etmək qələbənin rəmzidir. Həyatın məğlubiyyətlərindən nicat tapmaq deməkdir. Allaha təvəkkül edən insan Ona söykəndiyi üçün heç bir qorxu hiss etməz. Peyğəmbərlər (ə) də belə idi.

 

6. Üstün qüdrətə çatdırar.

İmam Kazım (ə) buyurur: “Hər kim qüvvətli insan olmaq istəyirsə, Allaha təvəkkül etsin”. Allaha təvəkkül edən insana Allah həmişə yardım edər. Onu insanların ən güclüsü edər.

Allah Təala bizləri təvəkkül əhlindən qərar versin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..

Xeyirli mal dörd şeydədir .

İsmail ibn Müslim Səkuni Cəfər ibn Mühəmməddən (ə), o da öz atababalarından İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Allah rəsulundan (s)... Davamı..

ƏLİ (ə) İLK MÖMİNDİR

  . قَالَ رَسُولُ اللهِ صَلَّىٰ اللهُ عَلَيْهِ وَآلِهِ: عَلِيٌّ أَوَّلُ الْمُؤْمِنِينَ. Həzrət Peyğəmbər (s) buyurdu: “Əli (ə) ilk mömindir.”[1] . قَالَ رَسُولُ اللهِ... Davamı..

Həqiqətən bu kişi sənin imamındır, yoxsa, dildə deyirsən?!

Ölümü xatırlamaq insana dünyanın həqiqətən də çox tez keçici olan dərdlərini unutdurur, qarşıda onu daha böyük bir problemin gözlədiyini xatırlayır, dünya sevgisini... Davamı..

İmam Səccadın (ə) Həccin Sirrləri Barədə Gözəl Nəsihəti

İmam Səccad (ə) “Şibli” adlı şəxsə Həccdən qayıtdıqdan sonra buyurur: Miqata getdinmi? Bəli. Paltarını dəyişdinmi? Yəni tikişli paltarı çıxarıb, ehram geydinmi? Bəli.... Davamı..

Dünya və axirət qəmindən xilas olun

Abdullah atası Həsən Müsənnadan, o da atası İmam Həsəndən (ə), o da atası İmam Əlidən (ə), o da Həzrət Peyğəmbərdən (ə) belə... Davamı..

Öz gələcəyin üçün bu cür tədarük gör

İmam Əli (ə) buyurmuşdur: مَا تُقَدِّمْ مِنْ خَيْرٍ يَبْقَ لَكَ ذُخْرُهُ وَ مَا تُؤَخِّرْهُ يَكُنْ لِغَيْرِكَ خَيْرُهُ “(Dünyada) öncədən göndərdiyin xeyirli əməllər... Davamı..