Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyun 13:12
Şərh Yoxdur
830

Şəmsuddin Zəhəbi: “Mən kuntu məvlahu” hədisi mütəvatirdir

Şəmsuddin Zəhəbi: “Mən kuntu məvlahu” hədisi mütəvatirdir Əhli-Sünnənin böyük tarix, hədis və rical alimi və İbn Teymiyyənin tanınmış şagirdi və eynizamanda anti-şiə alim olaraq tanınan Şəmsuddin əz-Zəhəbi Məhəmməd bin Əhməd bin Osman bin Qaymaz Türkəmani Zəhəbi (673-748 hq) özünün “Təzkirətul-Hüffaz” (c.2, s.713, Darul-Kutubil-Elmiyyə çapı) adlı əsərində Məhəmməd bin Cərir Təbərinin (224-310 hq) tərcümeyi-halını yazarkən deyir:

ولما بلغه أن ابن أبي داود تكلم في حديث غدير خم عمل كتاب الفضائل وتكلم على تصحيح الحديث قلت: رأيت مجلدا من طرق الحديث لابن جرير فاندهشت له ولكثرة تلك الطرق

İbn Cərir Təbəri agah oldu ki, İbn Əbi Davud Sicistani Qədir-Xum hədisi barədə bəzi sözlər deyib. Buna görə də İmam Əlinin (ə) fəzilətləri barədə kitab yazdı və Qədir-Xum hədisinin sənədinin səhih olduğunu isbat etdi. Mən (Zəhəbi) onun Qədir-Xum hədisinin sənədi barədə yazdığı kitabın bir cildini görmüşəm. Qədi-Xum hədisinin sənədinin çoxluğundan dəhşətə gəldim. Zəhəbi digər kitabı “Siyəru Əəlamun-Nubəla” (c.14, s.277, Muəsisətul-Risalə çapı) kitabında İbn Cəririn tərcümeyi-halında eyni mövzuya toxunaraq yazır: “O, Qədir-Xum hədisinin sənədlərini 4 cilddə topladı. Mən o kitabın (və ya o sənədlərin) bir hissəsini gördüm. Bu hədisin sənədinin çoxluğu məni heyrətə saldı. Yəqin etdim ki, bu hadisə baş verib (və bu hədisi Peyğəmbər deyib). Zəhəbinin bu sözünü İbn Teymiyyə məktəbinin digər iki davamçısı İbn Kəsir Dəməşqi “əl-Bidayə vən-Nihayə” (c.7, s.681, Darul-Hicr çapı) kitabında və Şəhabuddin Alusi “Ruhul-Məani” (c.6, s.195, Daru Ehyaut-Turasul-Ərəbi çapı) təfsirində nəql ediblər. İbn Kəsir və Alusi deyirlər:

قال: وَصَدْرُ الْحَدِیثِ مُتَوَاتِرٌ، أَتَیَقَّنُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ قَالَهُ وَأَمَّا: «اللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ» فَزِیَادَةٌ قَوِیَّةُ الْإِسْنَادِ

Hədisin ilk hissəsi – (Mən kimin mövlasıyam…) – mütəvatirdir (inkaredilməz dərəcədə səhihdir) və yəqin edirəm ki, həqiqətən Peyğəmbər (s) bu sözü deyib. Amma hədisin ikinci hissəsinin (“İlahi onu sevənləri sev…) ki, (əhli-sünnəyə görə) bəzi nəqllərdə əlavədir, isnadı güclüdür.

Digər “Hədislər ” Xəbərləri

Günahın odu insanın bütün yaxşı əməllərini yandırır.

İmam Baqir (ə) Rəsulullahın (s) belə buyuruğunu nəql etmişdir: “Allah-taala “Subhanəllah”, “Əlhəmdulillah”, “La ilahə illəllah”, “Əllahu Əkbər” deyən hər kəsin bu zikirlərinin... Davamı..

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi “Əlinin (ə) XƏNDƏK savaşı günü (Əmr bin Əbdəvidə) vurduğu zərbə insanların və cinlərin ibadətindən üstündür”.... Davamı..

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır?

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır? عَنْ إِسْمَاعِيلَ بْنِ مِهْرَانَ قَالَ: سَمِعْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ (ع) يَقُولُ‏:... Davamı..

Bu ay tövbə üçün ən gözəl fürsətdir

Bu ay tövbə üçün ən gözəl fürsətdir عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع)، أَنَّهُ قَالَ: مَنْ كَانَ تَائِباً مِنْ ذَنْبٍ،... Davamı..

Qorxulu rəhmət…

Bir dəfə Ömər ibn Əbdüləziz xəlifə Süleyman ibn Əbdülməlik ilə səfərə çıxır. Yolda onları ildırım, göy gurultusu tutur və qara buludların yaratdığı... Davamı..

imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı: “Əli ibn Əbi Talib (ə) özünü... Davamı..

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat... Davamı..

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər عَنِ ابْنِ أَبِي نَجْرَانَ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ (ع) يَقُولُ‏: مَنْ عَادَى شِيعَتَنَا فَقَدْ عَادَانَا... Davamı..