Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Avqust 10:48
Şərh Yoxdur
4497

Səfər edin. Əgər səfərdə mal əldə etməsəniz də, düşüncəniz mütləq güclənəcəkdir

İnsan bu dünyaya ayaq basdığı gündən səfərdədir. Bu səfər zər aləmindən başlamışdır. Bu dünyada qonaqdır və əbədi səfər olan axirət üçün hazırlaşar. Bu səfərin nümunələrini başqa şəhərlərə və ölkələrə gedən zaman müşahidə etmək olar. Səfərə çıxmaq o qədər mənəvi yükə malikdir ki, Qurani-Kərim dəfələrlə bunu tövsiyə etmişdir.

İmam Əli (ə) buyurur: “Böyüklük və dəyər axtarışı üçün vətənindən qürbətə yollan və səfərə çıx. Çünki səfərin beş faydası vardır: qəm və qüssənin aradan getməsi, həyat xəzinəsini əldə etmək, elm əldə etmək, (başqalarının) adətləri haqqında məlumat toplamaq, böyük insanlarla yoldaşlıq etmək”.

Böyük alimlər olan Şeyx Bəhayi, Sədi, Şeyx Kuleyni… səfərə çıxaraq elm və dinə böyük xidmətlər etmişdilər.

İslam tarixinin mənbəyi Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə tərəf səfər etməsi ilə başlanmışdır. Bu da İslam dininin qürbətdən xaric olub ümumdünya dini olmasına səbəb olmuşdu.

Həzrət Musanın (ə) dini bir neçə səfərlə kamil olmuşdu. Mədainə səfər, Misirə səfər, Tura səfər…

Həzrət Xızırla (ə) Musanın (ə) səfəri bəşər mədəniyyətinin dəyərli miraslarındandır.

Səfərin faydaları.

Səfərə çıxan insanların xüsusi hədəfləri olur. O cümlədən:

1. Təbliğat. Quran buyurur: (Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver”. (“Tövbə” 112).

2. Səbri öyrənmək. Səfər insana çətinliklərə səbir etməyi öyrədər. Səfərə çıxan hər bir insan onun çətinlikləri ilə üzləşər və onların öhdəsindən necə gələcəyini öyrənər. Müvəqqəti olan bu çətinliklər insana səbir etməyi təlim verər.

3. Ağlın inkişaf etməsi. Səfər insanın ağlını inkişaf etdirər. Səfərə çıxan insan təbiətin gözəlliklərini görər və təfəkkür edər, müxtəlif millətlərlə tanış olar. Bu səfər insana kitab oxumaqdan daha çox təcrübə qazandırar və təfəkkür qüvvəsini inkişaf etdirər. Həzrət Peyğəmbər (s) buyurur: “Səfər edin. Həqiqətən əgər səfərdə mal əldə etməsəniz də, düşüncəniz mütləq güclənəcəkdir”.

Səfərə çıxan zaman dua etməyi unutmayın.

İmam Rza (ə) buyurur: “Nə zaman səfərə və ya ondan qeyrisinə görə mənzilindən çıxdın, de: بِسْمِ اللّهِ آمَنْتُ بِاللّهِ وَتَوَکَّلْتُ عَلَی اللّهِ ما شاءَ اللّهُ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللّهِ

“Bismilləhi aməntu billəhi və təvəkkəltu aləllahi məşəallah lə həvlə və lə quvvətə illə billəh”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

Zilhiccə ayının ilk ongününün müştərək əməlləri

Zilhiccə ayı bərəkətli,şərafətli və fəzilətli aylardan biridir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın... Davamı..