Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 May 18:31
Şərh Yoxdur
701

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu:

الرَّسولُ الَّذي تَأتيهِ المَلائِكَةُ ويُعايِنُهُم وتُبَلِّغُهُ عَنِ اللّهِ تَبارَكَ وتَعالى، والنَّبِيُّ الَّذي يَرى في مَنامِهِ، فَما رَأى فَهُوَ كَما رَأى، والمُحَدَّثُ الَّذي يَسمَعُ الكَلامَ ـ كَلامَ المَلائِكَةِ ـ ويُنقَرُ في اُذُنَيهِ ويُنكَتُ في قَلبِهِ

“Rəsul o kəsdir ki, mələklərlə görüşər və Allah-Taalanın əmrlərini ona çatdırar.

Nəbi o kəsdir ki, onları yuxuda görər və yuxuda gördükləri də eyni həqiqətdir.

Mühəddəs isə o kəsdir ki, mələklərin səsini eşidər, qulağına pıçıldanılar və qəlbinə ilham olunar.” (“Əl-ixtisas”, səh.328.)

2. Behiştin yolu

İmam Baqir (ə) buyurmuşdur:

مَن أرادَ أن يَعلَمَ أنَّهُ مِن أهلِ الجَنَّةِ فَيَعرِضُ حُبَّنا عَلى قَلبِهِ، فَإِن قَبِلَهُ فَهُوَ مُؤمِنٌ

“Behiştlik olduğunu bilmək istəyən bizim məhəbbətimizi qəlbində arasın. Əgər onu qəbul edirsə, deməli, mömindir.” (“Kamiluz-ziyarat”, səh.193.)

3. Paxıllıqdan Allaha pənah aparın…

Əbu Bəsir nəql edir ki, İmam Baqirdən (ə) soruşdum:

كانَ رَسولُ اللّهِ (ص) يَتَعَوَّذُ مِنَ البُخلِ؟ فَقالَ: نَعَم يا أبا مُحَمَّدٍ في كُلِّ صَباحٍ ومَساءٍ، ونَحنُ نَتَعَوَّذُ بِاللّهِ مِنَ البُخلِ، يَقولُ اللّهُ: «ومَن يوقَ شُحَّ نَفسِهِ فَاُولئِكَ هُمُ المُفلِحونَ»

“Peyğəmbəri-Əkrəm (s) də paxıllıqdan (Allaha) pənah aparırdımı?” Həzrət buyurdu: “Bəli, ey Əbu Məhəmməd, hər (gün) sübh-axşam! Biz özümüz də paxıllıqdan Allaha pənah aparırıq. Allah belə buyurmuşdur: “Nəfsinin paxıllığından amanda qalanlar məhz nicat tapanlardır!” (“Həşr”, 9; “İləluş-şəraye”, səh.548, hədis 4.)

4. Şövkətli dövlətin intizarında

İmam Baqir (ə) cümə namazının ikinci xütbəsində bu duanı oxuyardı:

اللّهُمَّ إنّا نَرغَبُ إلَيكَ في دَولَةٍ كَريمَةٍ، تُعِزُّ بِهَا الإِسلامَ وأهلَهُ، وتُذِلُّ بِهَا النِّفاقَ وأهلَهُ، وتَجعَلُنا فيها مِنَ الدُّعاةِ إلى طاعَتِكَ وَالقادَةِ إلى سَبيلِكَ، وتَرزُقُنا بِها كَرامَةَ الدُّنيا وَالآخِرَةِ

“İlahi, Səndən şövkətli dövlətin bərpasını istəyirəm ki, onunla İslam və müsəlmanlara izzət verib, nifaq və münafiqləri zəlil edəsən, o zaman bizi itaətinə carçı, yoluna rəhbər seçəsən və onunla da dünya və axirətin xeyrini bizə nəsib edəsən!” (“Əl-kafi”, c.3, səh.424, hədis 6.)

5. Hörməti olmayan 3 dəstə

İmam Baqir (ə) buyurmuşdur:

ثَلاثَةُ لَيْسَ لَهُمْ حُرْمَةٌ: صاحِبُ هَوىً مُبْتَدَعٌ وَالْاِمامُ الْجائِرُ وَ الْفاسِقُ مُعْلِنُ بِالْفِسْقِ

“Üç nəfərin hörməti yoxdur: 1. Bidət qoyana; 2. Zülmkar rəhbərə; 3. Açıq-aşkar günah edən fasiqə. (“Vəsailuş-şiə”, c.8, səh.605.)

Digər “Hədislər ” Xəbərləri

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən!

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən! Abdullah ibn Sinan deyir: İmam Cəfər Sadiqin (ə) hüzurunda idik. Məclisdə... Davamı..