Bir dəfə Ömər ibn Əbdüləziz xəlifə Süleyman ibn Əbdülməlik ilə səfərə çıxır. Yolda onları ildırım, göy gurultusu tutur və qara buludların yaratdığı zülmət qaranlıq bürüyür. Süleyman bundan yaman qorxur və qorxduğu hiss olunur. Onun bu halına Ömər gülməyə başlayır. Süleyman soruşur ki, niyə gülürsən, düşdüyümüz vəziyyətdə gülməli nə var ki? Ömər deyir: Bu gördüklərin Allahın rəhmət nişanələridir ki, bu qədər səni qorxudur. Bəs, halın necə olacaq Onun qəzəbi ilə üzləşəndə?! İbn Kəsir Dəməşqi, “əl-Bidayə vən-Nihayə”, c.9, s.179.