Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Dekabr 16:00
Şərh Yoxdur
2820

Qiyamət günü insanın qiyafəsi necə olacaq?

Qiyamət günü barəsində alimlərin nəzəri belədir ki, insan həm ruhani və həm də cismani olaraq zühur edəcəkdir.

Əllamə Məclisi bu haqda buyurur: “Məadın cismani olması o mövzulardandır ki, bütün din sahibləri onu qəbul edirlər. Onu inkar edən müsəlmanlıqdan xaric olar”.

 

Quran bu haqda buyurur: “Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik? Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik”. (“Qiyamət” 3-4).

 

“De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər (növ) xilqəti, hər bir yaradılışı biləndir»”. (“Yasin” 79).

 

“Və buna görə(dir) ki, Qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir”. (“Həcc” 7).

 

Sədrul-mütəllihin yazır: “Qiyamət günü bədənlərin məhşur olması etiqadına lazım olan şey budur ki, bədənlər qəbirlərdən elə çıxarılar ki, hər kim onları görsə deyər ki, bu filankəsdir, ya filankəsin bədənidir”.

 

Əllamə Tehrani yazır: “Bütün İslam əhli və bütün fəqihlər bu əqidədirlər ki, məad cismani olacaqdır”.

 

Quran ayələrindən və din alimlərinin buyurduqlarından belə nəticəyə gəlmək olur ki, ruh insanın bu dünyada malik olduğu bədənə qovuşar və onunla birlikdə məhşur olar. (Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!”. (“Vaqiə” 61).

 

“Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları, yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik”. (“İnsan” 28).

 

Ona görə də deyə bilərik ki, insan əbədi behişt və cəhənnəmdə həm bədəni və həm də ruhu ilə bir yerdə olacaqdır. Ancaq bu cismi həmin behişt və cəhənnəmə uyğunlaşdırılmış halda olacaqdır ki, ya onun nemətlərindən istifadə edə bilsin, ya da əzab görə bilsin. (Beytoote/Deyerler)

 

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Behişt əhlinin bədənləri tükdən təmiz, üzləri hələ (tükü) çıxmamış cavan kimi, gözləri sürmə çəkilmiş gözəl gözlər kimidir. Gözlərinin kipriyi və bəbəyi çox qaradır. Gözlərini ağlığı çox ağdır. Nə cavanlıqları məhv olar və nə də libasları cürüyər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..