Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Yanvar 15:35
Şərh Yoxdur
206

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur:

الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ

“Qəzəb və tələskənlik bir növ dəlilikdir. Çünki bu sifətin sahibi tez bir zamanda tutduğu işdən peşman olur və əgər peşman olmazsa, bu, həmin şəxsin divanəliyinin şiddətli və sabit qalmasına dəlalət edir.”[1]

Qısa izah

Əql və düşüncə insana verilən fürsətlərdən səmərəli istifadə etməklə yanaşı, onun yersiz tələskənlik və qəzəbdən çəkinməli olduğunu da aşılayır. çəkindirməyi tələb edir. Çünki belə hallarda insan düzgün şəkildə mühakimə edə və məsələnin həqiqətinə vara bilmir və daha sonra atdığı yersiz addım və qəbul etdiyi yanlış qərarlardan tez bir zamanda peşman olur. Qəzəbli olduqda insanın söylədiyi xoşagəlməz sözlər abır-həya və heysiyyətin aradan getməsi və nəticədə, dostların itirilməsi ilə tamamlanır. Qəzəbləri soyuduqdan sonra əmələrinin təəssüf doğuran nəticələrini müşahidə etdikdə, ibrət alaraq peşmançılıq hissi keçirməyənlər sözün əsl mənasında, həqiqi divanələrdir.

 

[1] “Nəhcül-bəlağə”.

Digər “Hədislər ” Xəbərləri

Qorxulu rəhmət…

Bir dəfə Ömər ibn Əbdüləziz xəlifə Süleyman ibn Əbdülməlik ilə səfərə çıxır. Yolda onları ildırım, göy gurultusu tutur və qara buludların yaratdığı... Davamı..

imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı: “Əli ibn Əbi Talib (ə) özünü... Davamı..

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat... Davamı..

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər عَنِ ابْنِ أَبِي نَجْرَانَ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ (ع) يَقُولُ‏: مَنْ عَادَى شِيعَتَنَا فَقَدْ عَادَانَا... Davamı..

Salehlərin qəbirlərini ziyarət edin…

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Atanın övladının üzərindəki haqqı

İmam Musa Kazimdən (ə) rəvayət edilən bir hədisdə deyilir: Bir kişi Allahın rəsulu Həzrət Məhəmməddən (s) soruşdu: Atanın övladı üzərində haqqı nədir?... Davamı..

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Sizə 5 şeyi tövsiyə edirəm:

Allahdan başqa heç kimə ümid bağlamayın; Günahlarınızdan başqa heçnədən qorxmayın; Bilmədiyinizi suala “yox” deməkdən utanmayın; Bilmədiyinizi öyrənməyə utanmayın; Səbr edənlərdən olun ki,... Davamı..