Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Sentyabr 11:22
Şərh Yoxdur
1300

Qənaət insanı dünya və axirətdə izzətli edər

İnsanın cəmiyyətdə iftixar və izzətə sahib olmağına səbəb olan amil – qənaətdir. Qənaət səbəb olar ki, insan dünyaya qarşı həris və tamahkar olmasın. Hərislik, tamahkarlıq, dünyaya olan sevgi səbəb olar ki, insan dünya malı əldə etmək üçün hər bir işə əl atsın. Özünü hər kəsin qarşısında zəlil və alçaq etsin. Bunun əksi olan qənaət isə insanı izzətli və başıuca edər.

Bəs insan qənaəti necə əldə edir?

Ağıl – insanın qənaətcil olmasına təsir qoyan böyük amildir. İmam Əli (ə) buyurur: “Hər kim müdrik olar, qənaət edər”. Ağıl qənaəti dəyərli xüsusiyyətlərinə görə bəyənir və təşviq edir. O cümlədən insanın başqasından ehtiyacsız olması, insanın çətinkliklərə səbir etməsi və dözməsi kimi. İnsan zahirdə maddi imkanından az istifadə etsə də, ancaq qənaətin aqibətinə görə bu əməl ağıl tərəfindən bəyənilir.

İmam Əli (ə) buyurur: “O kəs ki, özünü tanıyar, layiqlidir ki, qənaət və iffətlə birlikdə olsun”.

İnsanın qənaət etməsinə səbəb olan amillərdən biri də iffətidir. İffətli insan bir çox işləri görməyə qadirdir, ancaq ondan çəkinər. Nəfsinin yüyənini möhkəm saxlayar. İffətin gətirdiyi səmərələrdən biri qənaətdir. İffətli insan ifrat etməz və həddi aşmaz. İmam Əli (ə) buyurur: “İffətin səmərəsi – qənaətdir”.

Qənaətə səbəb olan amillərdən biri də ölümü yada salmaqdır. Ölümü yada salmaq dünya sevgisini aradan aparar. İmam Əli (ə) buyurur: “Hər kim ölümü çoxlu yada salar, dünyanın az miqdarına razı olar”.

Qənaətin gətirdiyi səmərələr:

 

1. İzzəti-nəfs. Tamah insan nəfsini zəlil edər. İmam Əli (ə) buyurur: “Tamahkarlıq – həmişəlik qul olmaqdır”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “O kəs ki, canını tamahkarlıqla örtər, özünü alçaq etmiş olar. O kəs ki, çətinliklərinin sirrini aşkar edər, xar olmasına razı olar. O kəs ki, dilini özünə hakim edər, özünü dəyərsiz etmiş olar”.

 

2. Təyyib həyata malik olar. İmam Əli (ə) buyurur ki, o mömin kişi və qadın ki, saleh əməl yerinə yetirər – pak və pakizə həyatla dirildilər. Həzrət Əli (ə) buyurur: “Qənaət – həyatın ən xoş növüdür”.

 

3. Malını infaq etməyə qadir olar. İnsan əgər israf edərsə, infaq etmək üçün malı qalmaz. Ancaq qənaət və qane olmaq hissi insanın başqalarına infaq etməsi üçün əlini həmişə açıq edər. İmam Əli (ə) buyurur: “İnsan üçün necə də gözəldir ki, aza qənaət edər, çoxunu bağışlayar”.

 

4. Dini sağlam olar. İmam Əli (ə) buyurur: “Öz dininin salamat olması üçün dünyanızın az miqdarı ilə qənaət edin. Həqiqətən, dünyanın az miqdarından bəhrələnmək mömini qane edər”.

 

5. Nəfsini islah edər. İmam Əli (ə) buyurur: “Qənaət, nəfsi islah etmək üçün ən çox yardım edəndir”.

 

6. Həyatı sakit və aram olar. İmam Əli (ə) buyurur: “O kəs ki, kifayət qədər ruziyə qane olar, rahatlıq tapar. (Tamah) və meyl – çətinliklərin açarıdır”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..