Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Noyabr 19:57
Şərh Yoxdur
5725

Qəbrin ilk gecəsinin hadisələri

Meyiti qəbrə qoyduqdan sonra başına bir çox hadisələr gəlir. O cümlədən Nəkirlə Münkərin sorgu-sualı, qəbir sıxıntısı… Lakin bu hadisələr mömin və kafirlərdə fərqlidir. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin dünyadan gedər, 70 min mələk onu müşayiət edər ki, qəbrinə çatdırsın. O zaman ki, qəbrə daxil olar, Nəkirlə Münkər gələr və ona suallar verərlər. Rəbbin kimdir, dinin nədir, peyğəmbərin kimdir? O da cavab verər ki, Rəbbim Allahdır, dinim İslamdır və peyğəmbərim də Muhəmməddir (s). Onların qəbri görmələrinin uzunluğu genişliyindədir. Bu, Allah Təalanın həmin sözüdür ki, buyurur: “Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına)yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu cənnət vardır””. (“Vaqiə” 88-89).

Yəni bu ruh ki, bərzəx aləminə gələr nemət dolu cənnətə düşər. Ona görə də möminə verilən vədənin biri qəbrdədir, o birisi isə Qiyamət və axirətdə.

İmam Sadiq (ə) davam edir: “O zaman ki, kafir ölər, onu cəhənnəm atəşinin 70 min gözətçisi qəbrə qədər müşayiət edərlər. O, müşayiət edən bu mələklərə and verər ki, əgər bir daha dünyaya gələsi olsam, salehlərdən olacağam. Çünki elə bu zaman nələrin baş verdiyini hiss etməyə başlayar. Əzab mələkləri ona deyərlər: “Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). (“Muminun” 100). Geri qayıtmaq yoxdur. O zaman ki, qəbrinə daxil edərlər və insanlar onu qoyub gedər, Nəkirlə Münkər ən dəhşətli şəkildə onun yanına gələrlər. Ona suallar verməyə başlayarlar. O, dili tutulduğu üçün danışa bilməz. Cavab verməyə qadir olmaz. Ona əzab qamçısı vurarlar ki, bütün varlıqlar titrəyər. Ona yenə sual verərlər ki, Rəbbin, dinin, peyğəmbərin kimdir? O, deyər ki, bilmirəm. Ona deyərlər ki, bilmədiyin üçün hidayət olmadın. Qəbrinə cəhənnəmdən qapı açarlar. Oradan qaynayan çirkli cəhənnəm suyu yemək kimi onun üçün gələr. Bu, Allahın buyurduğu həmin sözdür:“Lakin əgər azmış təkzib edənlərdən olsa, onda (ona) ilk xidmət qaynar sudur və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!”. (“Vaqiə” 92-94).

Bəli, ona görə də deyə bilərik ki, möminin qəbir hadisələri – nemət və behiştdir, kafirinki isə qaynar su və cəhənnəm.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..