Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Fevral 13:58
Şərh Yoxdur
3840

Peyğəmbərimiz (s) qazanc ardınca olmayan müsəlmanı görəndə, deyərdi: “Gözümdən düşdün…”

Haram mal yemək insanı dünyada da, axirətdə də həlak edər. Və o kəs ki, haram maldan çəkinər, təqvaya və səadətə nail olar. İnsanın bu dünyada yaşaması üçün yeməyə, geyinməyə və başqa şeylərə ehtiyacı vardır ki, onları gərək halal yolla əldə etsin və haramdan çəkinsin.

Çünki Peyğəmbərimiz (s) buyurur: “Halalı istəmək hər bir müsəlman kişi və qadına vacibdir”. (Erfan/Deyerler)

Rəsuli-Əkrəm (s) yenə buyurur: “Hər kim halal istəmək yolunda yorulduğu halda gecəyə daxil olar – bağışlanmış halda gecəyə daxil olmuş olar”.

Həzrət (s) buyurur: “Hər kim öz əlinin zəhmətindən yeyər, Siratdan işıq kimi keçər”.

“Hər kim öz əlinin zəhmətindən yeyər, Allah ona rəhmətlə nəzər salar və ona heç bir zaman əzab etməz”.

“İbadətin 70 hissəsi vardır və onların ən üstünü halal istəməkdir”.

“Hər kim öz əlinin zəhmətindən yeyər, Allah behiştin qapılarını onun üzünə açar ki, hansı qapıdan istəsə, oradan daxil olsun”.

“Hər kim öz əlinin zəhmətindən yeyər, Qiyamət günü peyğəmbərlərdən hesab olunar və peyğəmbərlərin əcrini alar”.

Nə zaman Peyğəmbər (s) bir müsəlmanla rastlaşsa idi, ondan soruşardı ki, gəlirin vardırmı? Əgər desəydi ki, yoxdur, buyurardı: “Gözümdən düşdün”. Soruşanda ki, niyə? Buyurardı: “Çünki əgər möminin gəliri olmazsa, din ilə qazanc əldə edər”.

Həzrət (s) buyurur: “Hər kim 40 gün halal yeyərsə, Allah Təala qəlbini aydınlandırar və hikmət bulaqlarını qəlbindən dilinə axıdar”.

Peyğəmbərimiz (s) səhabələrinə buyurur: “Yeməyini pak və halal et ki, duan qəbul olunsun”.

İmam Sadiq (ə) buyurur: “Allah o kəs üçün zamindir ki, Onun günahından çəkinər. Onu məkruh bildiyi haldan, sevdiyi hala salar. Ruzisini güman etmədiyi yerdən çatdırar”.

Ona görə də deyə bilərik ki, haram maldan çəkinmək insana təqvanı və dindarlığı bəxş edər. Onu Allah yanında əziz edər və axirətini abad edər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..