Dinimizdə ətirdən istifadə etmək bəyənilən işdir. Amma bu iş kişi və qadında fərq edir. İslam dini qadının naməhrəm içinə ətirlənib çıxmasına icazə vermir.
Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.” [1]
Həzrət yenə buyurur: “Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.”[2]
Ənəs ibn Malik nəql edir: “Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.”[3]
İmam Əli (ə) buyurub: “Xoş ətir müalicə edəndir.” [4]
İmam Sadiq (ə) buyurur:
“Ətir vurmaq peyğəmbərlərin sünnələrindəndir.“[5]
” Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.” [6]
“Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.”[7]
İmam Kazim (ə) buyurub: “Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.”[8]
İmam Rza (ə) buyurub: “Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.”[9]
Həzrət Məhəmməd (s) Peyğəmbərimiz qadınların ətirlənməsi haqqında buyurub:
“Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.”[10]
“Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.”[11]
[1] əl-Kafi, c.6, səh.510, hədis 3
[2] Muhəctul-Beyza, c.8, hədis 105
[3] Sunəni-Nəsai, c.8, hədis 189
[4] Nəhcül-Bəlağə, hikmət 400
[5] əl-Kafi, c.6, səh.510, hədis2
[6] əl-Kafi, c.6, səh.512, hədis18
[7] əl-Kafi, c.6, səh.510hədis7
[8] əl-Kafi, c.6, səh.510, hədis4
[9] əl-Kafi, c.6, səh.510, hədis1
[10] əl-Kafi, c.6, səh.512, hədis17
[11] Sunəni-Nəsai, c.8, səh.153