Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Avqust 14:19
1 Şərh
11812

Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır

Dinimizdə ətirdən istifadə etmək bəyənilən işdir. Amma bu iş kişi və qadında fərq edir. İslam dini qadının naməhrəm içinə ətirlənib çıxmasına icazə vermir.

 
Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Xoş ətir qəlbi (ya ruhiyyəni) gücləndirər və cinsi qüvvəni artırar.” [1]

Həzrət yenə buyurur: “Allaha xatir özünə ətir vuran şəxs qiyamət günü tünd iyli müşkdən də ətirli olar. Allahdan qeyrisinə görə özünə ətir vuran şəxs qiyamət günü murdardan da üfunətli iy verər.”[2]

 

Ənəs ibn Malik nəql edir: “Allahın Peyğəmbəri (s) bir ətir veriləndə onu geri qaytarmazdı.”[3]

 

İmam Əli (ə) buyurub: “Xoş ətir müalicə edəndir.” [4]

 

İmam Sadiq (ə) buyurur:

 “Ətir vurmaq peyğəmbərlərin sünnələrindən­dir.[5]

” Allahın Rəsulu (s) ətirə, yeməkdən daha çox xərc çəkərdi.” [6]

“Günün əvvəlində özünə ətir vuran şəxsin ağlı gecəyədək özündə olar.”[7]

 

İmam Kazim (ə) buyurub: “Yaxşı olardı ki, kişi hər gün xoş ətirdən istifadə etsin. Əgər hər gün bacarmasa, günaşırı ətir vursun və buna da imkanı çatmasa, cümə günləri onu tərk etməsin.”[8]

 

İmam Rza (ə) buyurub: “Ətir vurmaq peyğəmbərlərin əxlaqındandır.”[9]

 

Həzrət Məhəmməd (s) Peyğəmbərimiz qadınların ətirlənməsi haqqında buyurub:

“Qadın ətrinin rəngi aşkar, iyi isə gizlidir. Kişi ətrinin iyi aşkar və rəngi gizlindir.”[10]

“Özünə ətir vuran və bir neçə kişinin yanından onun ətrini duyduqları halda keçən qadın zinakardır.”[11]

 

www.ahliman.info

[1] əl-Kafi, c.6, səh.510, hədis 3

[2] Muhəctul-Beyza, c.8, hədis 105

[3] Sunəni-Nəsai, c.8, hədis 189

[4] Nəhcül-Bəlağə, hikmət 400

[5] əl-Kafi, c.6, səh.510, hədis2

[6] əl-Kafi, c.6, səh.512, hədis18

[7] əl-Kafi, c.6, səh.510hədis7

[8] əl-Kafi, c.6, səh.510, hədis4

[9] əl-Kafi, c.6, səh.510, hədis1

[10] əl-Kafi, c.6, səh.512, hədis17

[11] Sunəni-Nəsai, c.8, səh.153

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..