Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Sentyabr 13:49
Şərh Yoxdur
699

Öz keçmişinə təəssüflənmə

İmam Əli (ə) buyurmuşdur:

لا تُشْعِرْ قَلْبَكَ الْهَمَّ عَلَىٰ مَا فَاتَ فَيَشْغَلَكَ عَمَّا هُوَ آتٍ

“Öz qəlbini keçmişin qəm-qüssəsi ilə məşğul etmə ki, gələcək üçün tədarük görməkdən geri qalarsan!”[1]

Qısa izah

Ixtiyarındakı fürsət və imkanlardan lazımınca istifadə edərək səhv və xətaya yol verməyən insanlar həddindən azdır. Bu baxımdan insanlar iki qrupa bölünür:

Birinci qrupdan olanlar keçmişdə etdikləri səhvlərə görə ifrat dərəcədə təəssüflənməklə vaxtlarını hədər edir və əllərindəki fürsətlərin tələf olunmasına səbəb olurlar.

İkinci qrupdan olan insanlar isə keçmişdəki məsələlərin bitərək geridə qaldığını anlayır və etdikləri yanlışlardan gələcəkdə ibrət almaq üçün istifadə edirlər. Belə düşünən insanlar fürsətləri qənimət bilərək var qüvvəsi ilə bu gün və gələcək üçün çalışırlar.

Həzrət Əlinin (ə) yuxarıdakı hədisdə buyurduqlarına uyğun olaraq, qələbə də bu dəstədən olan insanlara şamildir.

Ərəb şairi deyir: “Keçmiş ötüb, uzaq gələcək isə səndən uzaqdadır. Ayağa qalx və bu günü qənimət bil!”

[1] “Ğurərul-hikəm”, c. 6, səh. 345.

Digər “Hədislər ” Xəbərləri

imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı: “Əli ibn Əbi Talib (ə) özünü... Davamı..

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat... Davamı..

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər عَنِ ابْنِ أَبِي نَجْرَانَ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ (ع) يَقُولُ‏: مَنْ عَادَى شِيعَتَنَا فَقَدْ عَادَانَا... Davamı..

Salehlərin qəbirlərini ziyarət edin…

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Atanın övladının üzərindəki haqqı

İmam Musa Kazimdən (ə) rəvayət edilən bir hədisdə deyilir: Bir kişi Allahın rəsulu Həzrət Məhəmməddən (s) soruşdu: Atanın övladı üzərində haqqı nədir?... Davamı..

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Sizə 5 şeyi tövsiyə edirəm:

Allahdan başqa heç kimə ümid bağlamayın; Günahlarınızdan başqa heçnədən qorxmayın; Bilmədiyinizi suala “yox” deməkdən utanmayın; Bilmədiyinizi öyrənməyə utanmayın; Səbr edənlərdən olun ki,... Davamı..