Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Aprel 17:33
Şərh Yoxdur
2357

Orucun dəyərini azaldan 5 amildən uzaq olaq

Orucun dəyərini azaldan ən mühüm amillər bunlardır:

 

1. Nalayiq fikirlər. Nəfsin orucu dedikdə, qəlbin və beş hiss orqanlarının nalayiq fikirlərdən uzaq olması nəzərdə tutulur. Oruc tutan insanın qəlbi, oruc olmağı bacarmalıdır. Oruc insan bir çox şeylərdən çəkinər, onun qəlbi də bir çox bəyənilməyən şeylərdən çəkinməlidir. İmam Əli (ə) buyurur: “Qəlbin orucu ki, günah düşüncəsindən üz döndərməkdir, qarın orucundan daha üstündür”.

 

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür”.

 

2. Napak tikə. İnsan orucunu açan zaman pak tikə ilə açmalıdır. Yəni, halal və haramına diqqət etməlidir. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yemək ilə iftar edər”.

 

3. Söz gəzdirmək. Orucun dəyərini azaldan amillərdən biri də söz gözdirməkdir. Peyğəmbər (s) buyurur: “Dörd şey orucun batil olmasına səbəb olur. Onlardan biri söz gəzdirməkdir”.

 

4. Ağvalideyn olmaq. O oruc ki, valideynin razılığı ilə tutulmamışdır, onda xeyir olmaz. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ata və anasını qəmgin edər – ağvalideyn olmuş olar”. İmam Sadiq (ə) buyurur: “Ağvalideyn olmaq – kəbirə günahlardandır”.

 

5. Təkəbbür. Orucun dəyərini azaldan günahlardan biri də təkəbbürdür. Təkəbbür küfrün kökü adlandırılmışdır. İmam Sadiq (ə) buyurur: “O kəs ki, başqalarına dəyər verməz – təkəbbürə malik olar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..