Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Mart 10:06
Şərh Yoxdur
2587

Namazqılanların 3 dəstəsi. Qəlb hüzuruna mane olan amillər

Namaz – dinimizin sütunudur və hər kim onu inkar edər, dindən xaric olar. Hər kim namazı inkar edərsə, əslində Həzrət Peyğəmbərin (s) risalətini və Quranı inkar etmiş olar. Hər kim namazı bilərəkdən tərk edərsə, kəbirə günaha düçar olmuş olar. Bu insan fasiqdir, ancaq kafir deyildir.

Namazın həm zahiri və həm də batini tərəfləri vardır. Əgər hər ikisi olmazsa, namaz kamil olmaz. O qədər namazqılan insanlar vardır ki, sadəcə zahirdə onu yerinə yetirirlər, əslində isə batinindən xəbərsizdirlər. (Erfan/Deyerler)

Namaz – Allahla söhbət etmək deməkdir. Danışmaq isə batinində olanları aşkar etmək deməkdir. Ona görə də əgər insanın namazın batininə diqqəti olmazsa, Allahla söhbəti mənasız olar. Necə ki, Quran buyurur: “Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).

“Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 4-5).

İnsan həyatında nəyi sevirsə, daha çox yada salır. Ona görə də əgər insan namazda Allaha diqqət etmək istəyirsə, gərək bunu bütün günü etsin. Yəni, bütün günü Allahı yada salsın ki, namazda da Ondan qafil olmasın.

İnsan hər qıldığı namazı sonuncu namazı kimi qılsın. Bütün diqqəti Allahda olsun və təsəvvür etsin ki, ölüm mələyi onu gözləyir və bu, onun sonuncu namazıdır.

İnsan bəzən namazda dediyi sözlərin düzlüyünə diqqət edir, ancaq mənasına diqqət etmir. Ancaq əslində isə məna daha mühümdür.

Bu deyilənləri nəzərə alaraq, deyə bilərik ki, namazqılanları üç dəstəyə bölmək olar:

1. O insanlar ki, namazda tamamilə qafildirlər.

2. O insanlar ki, namazın bəzi yerlərində Allaha diqqət edərlər və bəzi zamanlarda isə qafildirlər.

3. O insanlar ki, bütün diqqətləri Allahda olar. Necə ki, İmam Əlinin (ə) namaz qılan zaman ayağından oxu çıxartmışdılar.

Qəlb hüzuruna mane olan amillər.

1. Zahiri amillər

2. Batini amillər.

Zahiri amillər odur ki, ətrafında olanlar onun diqqətini dağıdar. Misal üçün, bir səs eşidər və ya nəyisə görər ki, diqqətini cəlb edər.

Batini amillər dedikdə isə namaz qılan zaman insanın sorağına gələn fikirlər və xəyallar nəzərdə tutulur. Ola bilsin ki, insan namazda yaxşı işlər haqqında düşünsün. Ancaq bu yaxşı fikir onu Allahdan ayırar və diqqətini dağıdar.

Beləliklə deyə bilərik ki, insan bu dünyada nəyi sevirsə, ona daha çox diqqət edir. Əgər dünyanı sevirsə, namazında da dünya sevgisi onu qəlb hüzurundan uzaqlaşdırar. Əgər Allahı daha çox sevirsə, qafil olmasına mane olar. Ona görə də bəzən namazqılanların hamısı həqiqi namazqılan deyildirlər. Onlar sadəcə zahirdə namazı yerinə yetirirlər, batinindən xəbərsizdirlər. Halbuki, namaz əgər həm batin və həm də zahir ilə birləşərsə, o zaman tam olar və kamil olar. Əks halda naqis qalar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

Zilhiccə ayının ilk ongününün müştərək əməlləri

Zilhiccə ayı bərəkətli,şərafətli və fəzilətli aylardan biridir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın... Davamı..