Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Avqust 11:30
1 Şərh
4944

Namazda gizlənən ölüm barədə düşünmək məqamı

Ayətullah Behcətin öz çıxış və yazılarında dönə-dönə toxunduğu mövzulardan biri də namazda gizlənmiş müqəddəs ölümü anma məqamı və ölümü düşümə məsələsidir.

Adətən insanlar ölümlə dostlaşmasalar kamillik dərəcəsinə çatdıqlarını iddia edə bilməzlər. Məhz buna görə də, Həzrət Əli (ə) Nəhcül- bəlağə kitabında sözlədiyi xütbələrindən birində buyurur:

“و الله لابن أبی طالب ءانس بالموت من الطفل بثدی أمه”

“And olsun Allaha ki, Əbu Talibin oğlunun ölümlə qurduğu ünsiyyət körpənin anasının sinəsnə olan bağlılığından daha da artıqdır”.

 

Həqiqətdə, insanın kamal və nöqsanla olan nisbəti (yaxınlıq və uzaqlığı) onun ölümlə olan nisbət və münasibəti (yaxınlıq və uzaqlığı) ilə ölçülür. Həmin ölümü anma və onun barəsində fikirləşmək açıq şəkildə namazda yerləşdirilmiş və gizlədilmişdir.

Ayətullah Behcət bu barədə xüsusi fikirlərin müəllifidir. O deyir: “Bizim əzəmət və böyüklüyümüz yoxdur; Bizim malik olduğumuz əzəmət bu qədərdir ki, dururuq, sonra o əzəməti rükuda yarılayırıq. Sonra da səcdəyə və torpağa qayıdırıq. Bəndənin namazda qiyamı (ayaq üstə durması) bəndəçilik və qulluğunu göstərmək, sakitlik və sükutunu bildirmək rolu oynayır, yəni ki, özündən heç bir hərəkəti yoxdur. Səcdə də təvazökarlıq və tabeçiliyin ən son mərhələsidir.”

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

Zilhiccə ayının ilk ongününün müştərək əməlləri

Zilhiccə ayı bərəkətli,şərafətli və fəzilətli aylardan biridir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın... Davamı..

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..