Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Sentyabr 15:00
Şərh Yoxdur
3031

Nə üçün həzrət Qaimin (ə.f) adı çəkilərkən şiələr ayağa qalxır?

Şiələr arasında adi və qəbul olunmuş əməllərdən biri budur ki, haradasa “Qaim” adı çəkilərkən məclisdə iştirak edənlər ayağa qalxır. Halbuki bu termin işlənərkən ayağa qalmağın vacib olması haqqında konkret bir dəlil yoxdur, amma bu qədər demək olar ki, bu məsələ xalq arasında müstəhəb bir əməl kimi dini köklərə malikdir və əslində, İmama (ə.f) qarşı nəzakət və hörmət əlamətidir.

Belə nəql olunur ki, Xorasanda İmam Rzanın (ə) hüzu­runda “Qaim” sözü deyildi, o Həzrət (ə) ayağa qalxaraq əlini başının üstünə qoydu və buyurdu:

«اللهم عجل فرجه و سهل مخرجه» (Allahım, İmam Məhdinin (ə.f) zühurunu tezləşdir və onun hərəkatının yolunu asanlaşdır.)[1]

Başqa bir hədisdən belə anlaşılır ki, bu rəftar İmam Sadiqin (ə) dövründə də olmuşdur. İmam Sadiqdən (ə) sual olundu: “Qaim” sözü deyilərkən ayağa qalxmağın səbəbi nədir?” İmam (ə) buyurdu: “Sahibəz-zaman (ə.f) çox uzun müddətə qeybə çəkiləcək və dostlarına qarşı olan böyük lütf və istəklə əlaqədar olaraq hamı onu “Qaim” ləqəbi ilə – bu da onun ədalətli hökuməti ilə səciyyələndirilir və qürbətdə olmasından kədər ifadə olunur – yad edərsə, o Həzrət (ə.f) də həmin şəxsə lütf edər; bu halda İmamın (ə.f) diqqətini çəkməkdən ötrü hörmət əlaməti olaraq ayağa qalxmaq və Allahdan İmamın (ə.f) zühurunun tezləşdir­məsini xahiş etmək bəyəniləndir”.[2]

Əlbəttə, demək olar ki, bəzi hallarda bu əməl vacibdir. Misal üçün, o Həzrətin (ə.f) bu ləqəbi və ya başqa ləqəb­ləri bir məclisdə xatırlandıqda məclisin bütün iştirakçıları hörmət əlaməti olaraq ayağa qalxmalıdır. Bu vaxt kimsə yerindən üzrsüz qalxmazsa, bu əməl İmama (ə.f) qarşı təhqir və hörmətsizlik olardı və təbii ki, bu, haramdır.

Ayətullah Seyid Mahmud Taliqani deyir: “Bu ayağa qalxma göstərişi, bəlkə də, (yalnız) hörmət məqsədilə deyil, yoxsa Allah, Onun peyğəmbəri və digər müqəddəslər üçün də hörmət əlaməti olaraq ayağa qalxmaq gərəkdir, bu, qlobal hərəkat və bu həqiqəti dəstəkləmək məqsədilə cərgəyə durmaq üçün hazırlıq haqqında bir göstərişdir… Alçaqlıq və pislik rəmzi olan Əməvi sülaləsinin hakimiyyəti dövr­ündən başlayaraq səlib yürüşləri, monqol işğalı, müstəmləkə hökumətlərinin zülmü və basqılarınadək bu qədər təzyiq və faciə hər hansı bir xalqın başına gətirilirdisə, cəzasız qalırdı; lakin bizim dinimiz heç vaxt süqut etməyəcək, bir halda ki onun başçıları göstəriş verirlər ki, haqq İslam dövlətinin qurucusu olan İmam Məhdinin (ə.f) “Qaim” adı aşkar çəkildikdə ayağa qalxın və bütün göstərişləri yerinə yetirməyə hazır olduğunuzu bildirin, özünüzü həmişə güclü və qüdrətli göstərin”.[3]

 

www.ahliman.info

[1] Biharul-ənvar, Əllamə Məclisi, c.51, səh.30

[2] Əzzam-əl Nasib, Şeyx Hairi Yəzdi, c.1, səh.271

[3] Xorşid-e məğrib (Qərb günəşi), Məhəmmədrza Həkimi, səh.264

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..