Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Noyabr 19:12
Şərh Yoxdur
552

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur:

لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ رَسولِ اللّهِ (ص) فَقالَ: السَّلامُ عَلَيكَ يا رَسولَ اللّهِ عَنّي، وَالسَّلامُ عَلَيكَ عَنِ ابنَتِكَ وزائِرَتِكَ وَالبائِتَةِ فِي الثَّرى بِبُقعَتِكَ وَالمُختارِ اللّهِ لها سُرعَةَ اللَّحاقِ بِكَ، قَلَّ يا رَسولَ اللّهِ عَن صَفِيَّتِكَ صَبري، وعَفا عَن سَيِّدَةِ نِساءِ العالَمينَ تَجَلُّدي، إلاّ أنَّ لي فِي التَّأَسّي بِسُنَّتِكَ في فُرقَتِكَ مَوضِعَ تَعَزٍّ، فَلَقَد وَسَّدتُكَ في مَلحودَةِ قَبرِكَ، وفاضَت نَفسُكَ بَينَ نَحري وصَدري. بَلى، وفي كِتابِ اللّهِ (لي) أنعَمُ القَبولِ، إنّا للّهِ وإنّا إلَيهِ راجِعونَ، قَدِ استُرجِعَتِ الوَديعَةُ واُخِذَتِ الرَّهينَةُ، واُخلِسَتِ الزَّهراءُ، فَما أقبَحَ الخَضراءَ وَالغَبراءَ يا رَسولَ اللّهِ! أمّا حُزني فَسَرمَدٌ، وأمّا لَيلي فَمُسَهَّدٌ، وهُمٌّ لا يَبرَحُ مِن قَلبي أو يَختارَ اللّهُ لي دارَكَ الَّتي أنتَ فيها مُقيمٌ، كَمَدٌ مُقَيِّحٌ، وهَمٌّ مُهَيِّجٌ، سَرعانَ ما فُرِّقَ بَينَنا وإلَى اللّهِ أشكو، وسَتُنَبِّئُكَ ابنَتُكَ بِتَظافُرِ اُمَّتِكَ عَلى هَضمِها، فَأَحفِهَا السُّؤالَ وَاستَخبِرهَا الحالَ، فَكَم مِن غَليلٍ مُعتَلِجٍ بِصَدرِها لَم تَجِد إلى بَثَّهِ سَبيلاً، وسَتَقولُ ويَحكُمُ اللّهُ وهُوَ خَيرُ الحاكِمينَ.

سَلامَ مُوَدِّعٍ لا قالٍ ولا سَئِمٍ، فَإِن أنصَرِف فَلا عَن مَلالَةٍ، وإن أقُم فَلا عَن سوءِ ظَنٍّ بِما وَعَدَ اللّهُ الصّابِرينَ.

“Əmirəlmöminin Əli (ə) Fatiməni (ə.s.) gizli dəfn etdi, qəbrinin yerini hamarlayıb gizlətdi və sonra ayağa qalxıb, üzünü ey Allahın Rəsulunun (s) qəbrinə tutaraq dedi: “Məndən sənə salam olsun, ey Allahın Rəsulu və qızın tərəfindən də salam yetirirəm! Elə indi sənin görüşünə gəlir. Artıq məndən ayrıldı və sənin dəfn olunduğun yerdə torpağa yatdı və Allahın istəyi bu oldu ki, sənə tez qovuşsun. Ey Allahın Rəsulu! Layiqli qızının ayrılığına səbrim çatmır, aləm qadınlarının xanımının ayrılığına taqətim yoxdur! Yalnız sənin sünnənə itaətim bu ayrılığa təsəllidir. Hələ o zaman mən özüm səni qəbrinə qoydum, başın sinəmdə can verdin! Bəli, Allahın kitabında bunların (müsibətlərə dözüm) gözəl əvəzi vardır: “Hamımız Allah tərəfindənik və Ona doğru qayıdacağıq!” Axır, əmanət qaytarıldı, girov geri alındı və Zəhra əlimdən çıxdı. Ey Allahın Rəsulu, daha bu göy səma və qara torpağın nə qiyməti var! Qəm-qüssəm daimi, gecələri oyaq və Allah sənə verdiyi evə məni qovuşdurmayınca, qəm-qüssəm qəlbimdən çıxmayacaq! Qüssə məni yandırır və kədər rahatlığımı alıb! Bizim aramızda nə tez ayrılıq düşdü! Daha Allaha şikayətlənirəm! Qızın özü ümmətinin ona qarşı zülmdə əlbir olması haqda sənə xəbər verəcək, bütün hadisəni ondan soruşar və vəziyyəti öyrənərsən. Çünki qəm-qüssə ilə dolu ürəyini açmağa bir fürsət tapmırdı. İndi isə onu (sənə) deyər və Allah Özü hökm kəsər. O, hökm kəsənlərin ən yaxşısıdır!

Artıq, səninlə nə qəzəb, nə də yorğunluq üzündən vidalaşıram. Buradan məni ayıran yorğunluq olmadığı kimi, qalsam da Allahın səbirlilərə verdiyi vədə pis güman üzündən deyil!” (“Əl-kafi”, c.1, səh.458, hədis 3.)

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.

Bu gün qəməri təqvimi ilə rəbiüs-sani ayının 10-u yeddinci İmam Musa Kazımın (ə) qızı xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür. İmam Rza (ə) bir... Davamı..

8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..