Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Dekabr 13:48
Şərh Yoxdur
4061

Müaviyyəni (lən) biabır edən imanlı qoca

Cabir ibni Abdullah Ənsari nəql edir: “Bir gün Şama səfər etmişdim və orada Müaviyyəni, iki oğlu: Yezid və Xalidi, Əmr ibni Ası gördüm. Bu zaman İraq tərəfdən bir qoca kişi gəlirdi və belinə xurma lifi taxmışdı və ayağında xurma lifindən nəleyin var idi. (Tebyan/Deyerler)

Müaviyyə dedi: Yaxşı olar ki, bu kişini danışdıraq və əylənək.

O, dedi: Ey Şeyx! Haradan gəlib, hara gedirsən?

Qoca kişi cavab vermədi.

Əmr ibni As dedi: Ey qoca kişi! Niyə əmirəl-möminin sualına cavab vermirsən?

Qoca dedi: Allah bizə cahiliyyətdən xaric olandan sonra salam verməyi buyurmuşdur.

Müaviyyə dedi: Ey şeyx! Düz deyirsən, mən səhv etmişəm. Səlamun əleykum!

Qoca deyir: Əleykum salam!

Müaviyyə deyir: Haradan gəlib, hara gedirsən?

Qoca dedi: İraqdan gəlib, Beytul-müqəddəsə gedirəm.

Müaviyyə dedi: İraqdan nə xəbər var?

Qoca: Xeyir və bərəkət.

Müaviyyə: Dedin ki, Kufədən və Ğəri diyarından gəlirsən?

Qoca: Ğəri haradır?

Müaviyyə: Əbu Turabın yeri.

Qoca: Əbu Turab kimdir?

Müaviyyə: Əli ibni Əbitalib (ə).

Qoca: Allah burnunu torpağa sürtsün və ağzını qurutsun. Ata və anana lənət etsin, niyə demirsən ki, adil İmam, insanların pənahı, dinin sultanı, müşrikləri öldürən, Allahın çəkilmiş qılıncı, Peyğəmbərin (s) əmisi oğlu, Bətulun (s.ə) əri, fəqihlərin tacı, Kəsa səhabələrinin beşincisi, qalib olan şir, Həsənlə (ə) Hüseynin (ə) atası, Əmirəl-möminin (ə) Əli ibni Əbitalib?

Müaviyyə: Ey Şeyx! Belə ki, görürəm qanın və ətin Əlinin (ə) qanı və əti ilə qarışmışdır. Əgər o, ölsə, sən bir iş görə bilməzsən.

Qoca: Allah məni onun haram bildiklərinə düçar etməsin, ondan sonra qəmimi böyük etsin. Ancaq onu bil ki, Allah mənim Seyyidimi öldürməz o zamana qədər ki, bir-birinin ardınca övladlarını bərpa edər və aləmlərin hüccəti qərar verər. İstəyənlər üçün düz yolu göstərdim.

Əmr ibni As dedi: Ey Müaviyyə! Sanki bu kişi səni tanımır ki, bu cür danışır və cəsarət əldə edir.

Müaviyyə: Ey Şeyx! Məni tanıyırsan?

Qoca: Yox.

Müaviyyə: Mən Əbu Süfyanın oğlu və Bəni-Üməyyənin ağasıyam.

Qoca: Ey Müaviyyə! Bəlkə sən o kəssən ki, Peyğəmbərin (s) dilində “ləin” adlandırılmışdın? Quranda adı çəkilən məlunə şəcərəsi sənsən, xəsisə uruqu sənsən, sənsən ki, özünə zülm etmisən və Allaha küfr etmisən. Sən o kəssən ki, Peyğəmbər (s) sənin barəndə buyurmuşdu: “Xilafət Əbu Süfyanın oğluna haramdır”. Sənsən günahkar, günahkarın oğlu, ciyər yeyən Hindin oğlu, o kəs ki, Allahın bəndələrinə zülm etmişdir.

Müaviyyə qəzəbindən qızarır və boynundakı damarları görünür. Əlini qılıncına atır və onu öldürmək istəyir. Deyir: Ey Şeyx! Əgər başını üzsəm nə görərsən?

Qoca sakit halda cavab verdi: O zaman böyük bir səadətə çataram və sən bədbəxtliyi dərk edərsən.

Müaviyyə: O gün ki, Əli (ə) Osmanı öldürdü, harada idin?

Qoca: Allaha and olsun ki, Əli (ə) Osmanı öldürməyib. Əgər Əli (ə) onu öldürmək istəsəydi, heç bir zaman hiyləyə əl atmazdı. Kəsici qılıncı və güclü biləyi ilə onu məhv edərdi. Ancaq o zaman Əli (ə) Peyğəmbərin (s) vəsiyyətinə görə susurdu.

Müaviyyə: Siffeyndə hazır idin?

Qoca: Bəli, hazır idim və sənin ordundan neçə uşağı yetim buraxdım və neçə qadını dul buraxdım, bəzən qılınc və bəzən də nizə ilə vuruşurdum. Sənə tərəf 73 nizə atmışam. İkisi qalxanına dəyibdir, ikisi səcdəgahına və ikisi də qoluna dəyibdir. Əgər paltarını açsan, onun izini görərsən.

Müaviyyə: Cəməl döyüşündə hazır idin?

Qoca: Haqq Əli (ə) ilə idi.

Müaviyyə: Bizim üçün danışmağa söz qoymadın. İstəyirsən sənə hədiyyə verəm. 20 qırmızı tüklü dəvə ki, üstündə bal, yağ və buğda yüklənmiş olsun?

Qoca: Qəbul etmərəm.

Müaviyyə: Niyə?

Qoca: Ona görə ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bir halal dirhəm çoxlu haram dirhəmdən daha yaxşıdır”.

Müaviyyə: Ey Şeyx! Tez məndən uzaqlaş və əgər səni Dəməşqdə yenə görsəm, başını bədənindən ayıracağam.

Qoca: O yerdə ki, sən varsan, mən orada qalmaram, çünki Allah buyurmuşdur: “Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz”. (“Hud” 113).

Qoca Müaviyyənin və ətrafında olanların ağılsız qiyafəsinə nəzər saldı və yoluna davam etdi.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..