İslam Peyğəmbəri (s) buyurmuşdur:
إِنَّ أَعْظَمَ النَّاسِ مَنْزِلَةً عِنْدَ اللهِ يَوْمَ الْقِيَامَةِ أَمْشَـاهُمْ فِي أَرْضِهِ بِالنَّصِيحَةِ لِخَلْقِهِ
“Qiyamət günü Allah dərgahında məqam baxımından insanların ən üstün olanı onun bəndələrinə daha çox xeyirxahlıq edənlərdir.”[1]
Qısa izah
İnsanlara xidmət İslamın nəzərində ən üstün ibadətlərdən hesab edilir. Öz mənfəət və xeyirini digər insanların mənafeyi ilə bir tutan insanlar Allahın bəndələrinə xidmət etməyi bacaranlardır. Yəni, belə insanlar öz mənafeyi üçün necə qayğı göstərirsə, digərləri üçün də eynilə o cür fəaliyyət göstərirlər. Ehtiyaclı olanların qiyabı və hüzurunda onlara yardım etməli və bu sahədə hansısa bir köməyi onlardan əsirgəməməliyik. Allah yanında məqamca ən üstün şəxslər onun bəndələrinə daha çox yaxşılıq edənlərdir.
[1] “Kafi”, c. 2, səh. 208.