Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Avqust 12:18
Şərh Yoxdur
511

Mədinədən Kərbəlaya hər “mənzil” (düşərgə) bir məktəb

Sonuncu mənzildə ki, Qəsri Bəni-Məqatil adlanır, İmam Hüseyn (ə) Əmr ibn Qeys Məşriqi və onun əmisi oğlu ilə rastlaşır.

Əmr ibn Qeys deyir: İmam Hüseynin (ə) qafiləsini gördükdə onlara yaxınlaşdıq. Gedib İmam (ə) salam etdik.

Əmioğlum imam (ə) dedi: “Saqqalınızda gördüyüm bu siyahlıq hənadır, yoxsa, sizin saqqalınız tükünün öz rəngidir?”.

İmam (ə) buyurdu: “Hənadır. Biz Bəni-Haşimin saçı-saqqalı tez ağarır”. Sonra İmam (ə) soruşdu: Siz mənim köməyimə gəlirsiz?

Mən dedim: انا رجل كبیر السن ! كثیر العیال ! وفی یدی بضایع للناس Mən qoca kişiyəm, ailəm çoxdur, əlimdə insanların malları var və borcum da çoxdur.

Bilmirəm sizin işinizin axırı necə olacaq. Xoşum gəlmir ki, camaatın mənim yanımdakı əmanəti zay olsun.

İbn Qeys deyir: Əmioğlum da mənim kimi cavab verdi. İmam (ə) buyurdu: انـطـلـقـا فـلا تـسمعا لی واعیه ولا تریا لی سوادا, فانه من سمع واعیتنا اورای سوادنا فلم یجبنا واعیتنا, كان حقا علی اللّه ان یكبه علی منخریه فی نار جهنم “Belə isə buradan uzaqlaşın. Çünki hər kəs mənim kömək istəmək səsimi eşidə və ya məni meydanda tək görə və kömək etməyə, “ləbbeyk” deməyə, Allah-Taala onu üzü üstə cəhənnəmə atacaq”. (Həyatu İmamil-Hüseyn (ə), Qərşi, c.3, s.88)

Baxmayaraq ki, İbn Qeysin əmisi oğlu həssas bir məqamda çox axmaq sula verir, amma İmam (ə) onu bu yersiz suala görə məlamət etmir və təmkinlə cavabını verir. Daha sonra isə imam (ə) onları hidayət etməyə, cəhənnəm odundan xilas etməyə və əbədi səadətə qovuşmağa çalışır. Amma onlar nəfsi istək və dünya sevgisinə yenilir və bəhanə gətirərək azğınlıq yolunu tuturlar.

Buna baxmayaraq imam (ə) yenə də onları təkfir etmir, yamanlamır və çalışır ki, dünya şəhvətinə bulaşmış bu insanların axirət əzabını yüngülləşdirsin: “buradan uzaqlaşın ki, səsimə səs verməsəniz üzü üstə cəhənnəmə atılacaqsınız”.

Digər “Hədislər ” Xəbərləri

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Sizə 5 şeyi tövsiyə edirəm:

Allahdan başqa heç kimə ümid bağlamayın; Günahlarınızdan başqa heçnədən qorxmayın; Bilmədiyinizi suala “yox” deməkdən utanmayın; Bilmədiyinizi öyrənməyə utanmayın; Səbr edənlərdən olun ki,... Davamı..

Həzrət Cəbrayıl (ə) bir gün Peyğəmbərə (s) nazil olarkən Həzrət Peyğəmbər (s) buyurdu:

Həzrət Cəbrayıl (ə) bir gün Peyğəmbərə (s) nazil olarkən Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Cəbrayıl, mənə moizə et!” Cəbrayıl (ə) dedi: “(Allah-Taala... Davamı..

Həqiqi zahidlər

İslam Peyğəmbəri (s) buyurur: الزُّهْدُ فِي الدُّنْيَا قَصْرُ الْأََمَلِ وَ شُكْرُ كُلِّ نِعْمَةٍ وَ الْوَرَعُ عَن كُلِّ مَا حَرَّمَ للهُ “Zahidlik bu... Davamı..

Üç mühüm ictimai məsələ

İmam Sadiq (ə) buyurmuşdur: النَّاسُ سَوَاءٌ كَأَسْنَانِ الْمُشْطِ وَ الْمَرْءُ كَثِيرٌ بِأَخِيهِ وَ لَا خَيْرَ فِي صُحْبَةِ مَن لَمْ يَرَ لَكَ مِثْلَ... Davamı..

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Həzrət Fatimeyi-Zəhranın (s.ə) `Müshəf`i

İslam Peyğəmbərinin (s) vəfatında sonra Həzrət Fatimeyi-Zəhra (s.ə) çox üzgün və narahat idi. Mötəbər rəvayətlərə əsasən, ona təsəlli və təskinlik vermək məqsədilə... Davamı..

Həzrət Fatimeyi-Zəhradan (s.ə) 5 hədis

1. Əhli-beytin (ə) fəzilətləri Həzrət Fatimeyi-Zəhra (ə.s.) buyurmuşdur: اِتَّقُوا اللّهَ حَقَّ تُقاتِهِ… نَحنُ وَسيلَتُهُ في خَلقِهِ، ونَحنُ خاصَّتُهُ، ومَحَلُّ قُدسِهِ، ونَحنُ حُجَّتُهُ... Davamı..