Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 İyul 11:25
Şərh Yoxdur
2805

Məzəmmət olunan dünya hansıdır? – Ayətullah Misbah Yəzdi cavab verir

Ayətullah Muhəmmədtəqi Misbah Yəzdi buyurur: “Qurani-Kərim insanı hidayət etmək üçün aydın yollar təyin etmişdir. İnsan gərək dünya ilə axirət arasında axirəti seçsin. Əgər dünya ləzzətləri axirət üçün olarsa, özü məqsəd olar.

İlahi təqdir belədir ki, dünyanın bəlaları dəfələrlə olur ki, insan dünyaya bağlanmasın. Çünki insan axirətin cavidan yer olmasının bilməsinə baxmayaraq, dünyanın təsiri altına çox düşər. Ona görə də dünyadan bəhrələnmək istəyər. Quranın bu haqda məşhur dastanları vardır ki, onlardan biri Qarunun dastanıdır.

Qarun – Bəni-İsrayilin zənginlərindən idi ki, sadəcə anbarlarının açarlarını gəzdirmək üçün bir neçə insan lazım idi. İnsan bu sərvəti görən zaman qarşısında böyük bir əzəmət cilvələnirdi. Deyərdilər ki, ey kaş, biz də bu maldan pay alsaydıq.

Təsəvvür edin ki, bir tərəfdə Qarun kimi bir zəngin insan vardır ki, malını saymaqla bitməz. O biri tərəfdə isə yoxsullar ki, bu mala göz dikiblər.

Allah Təala buyurur ki, insanların bir dəstəsinin zəngin və bir dəstəsinin yoxsul olması hikmətdəndir. Allah bu yolla bəndələrini imtahana çəkər. Çünki o zaman ki, yoxsulları ibadət halda görərlər, məsxərə edib deyərlər ki, bunlar behişt əhlidirlər. Allah bu insanlara xüsusi nemət vermişdir və bizə verməmişdir? Ancaq Allah yaxşı bilir ki, hansı bəndəsi şakirdir və hansı bəndəsi nəfsinə məğlubdur.(Tebyan/Deyerler)

O kəs ki, həqiqi mömindir – heç bir zaman demir ki, biz başqalarından üstünük. Əgər yoxsuldurlarsa, gərək onlara xüsusi hörmət edək. Haqqımız yoxdur ki, onlara həqarət gözü ilə baxaq. Çünki o kəslər ki, Allaha ibadət edirlər – behişt əhlidirlər. Onlar Allah yanında o kəslərdən üstündürlər ki, sərvətləri vardır və sərvətlərinə görə insanların arasında qürurla yaşayır və təkəbbür edirlər.

Allah Təala peyğəmbərlərinə (ə) buyurur ki, özünüzü o insanlar ki, ibadətlə məşğuldurlar – onlara vəqf edin. Onlardan ayrılmayın və gözünüzü onların üstündən çəkməyin. Ancaq o kəslər ki, Allahın zikrindən qafildirlər – onların ardınca getməyin.

Quran ayələrinin bir çoxunun Həzrət Peyğəmbərə (s) xitab etməsinə baxmayaraq, əslində bütün insanlara xitab edərək, nəyisə başa salmağa çalışır.

Yoxsulluq və zənginlikdə imtahan vardır. Hər kəsin öz vəzifəsi vardır. Yoxsul insan gərək həyat yoldaşının və uşaqlarının dolanışığını təmin etmək üçün çalışsın. Çünki bu uşaqların böyüklər kimi tutumu yoxdur. Elə rəftar etsinlər ki, din və ruhanilikdən uzaqlaşmasınlar. Bu, dünyaya bağlanmaq deyildir, çünki hədəf – Allahın razılığıdır. Vəzifəni yerinə yetirməklə dünyaya bağlanmaq arasında fərq vardır.

Əgər insan dünyada axirət niyyətilə ilə iş görərsə, dünyaya bağlanmaq olmaz. Əksinə, ibadət olar. O kəs ki, övladının ruzisi üçün səy göstərər – ibadət edər.

Quranda dünyaya bağlanmaq dedikdə, ondan həvəs və nəfsini sakitləşdirmək üçün istifadə etmək nəzərdə tutulur. Dünya malı imtahan üçündür. Zəngin insanlar rahat yata bilmirlər. Çünki Allah elə bu dünyada da onlara sərvətləri ilə əzab verir. Bu insanların nə dünyası vardır, nə də axirətləri”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..