Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Dekabr 14:39
Şərh Yoxdur
1158

Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr

Həzrət Muhəmməd (s) buyurur:

“Kim öz müsəlman qardaşına fırıldaq gəlsə, Allah bərəkəti onun ruzisindən götürər, həyatını xarab edər və onu öz halına buraxar.”[1]

Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr və mələklər həmişə ona qarğış edərlər.”[2]

Kənzul-Ummal: Allahın Peyğəmbəri buğda kisəsinin yanından keçirdi. Əlini onun içinə saldı və barmaqlarına nəmişlik gəldi. Buyurdu: «Bu nədir, ey satıcı?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri. Ona yağış dəyib.» Həzrət buyurdu: «Niyə o hissəni üstə qoymamısan ki, camaat görsün? Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»[3]

İmam Əli (ə) (Ona görənlərdən birinə tövsiyyəsindən): “Həqiqətən də, ən böyük ümmətin xəyanətidir (yaxud ümmətə edilən xəyanətdir). Ən çirkin fırıldaq isə rəhbərlərin (və ya rəhbərlərə qarşı edilən) fırıldağıdır.“[4]

 

İmam Əli (ə) buyurur: “Xalqın dini işlərində onlara fırıldaq gələn Allahın və Onun peyğəmbərinin düşmənidir.”[5]

İmam Sadiq (ə): “Bizə qarşı fırıldaq işlədən bizdən deyil.”[6]

Əl-Kafi: İmam Kazim (ə) kölgədə (qaranlıqda) Şapur parçası satan Heşam ibn Həkəmin yanından keçdikdə buyurdu: “Ey Heşam! Kölgədə mal satmaq fırıldaqçılıqdır və alqı-satqıda fırıldaq rəva deyil.”[7]

 

www.ahliman.info

[1] Biharul-Ənvar, c.76 , səh.356, hədis 30

[2] Kənzul-Ummal, hədis9501

[3] ət-Tərğib vət-Tərhib, c.2, səh.571, hədis 2

[4] Nəhcül-Bəlağə, hikmət 26.

[5] Ğurərul-Hikəm, hədis 8891

[6] əl-Kafi, c.5 , səh.160, hədis 1

[7] əl-Kafi, c.5 , səh.160, hədis 6

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..