Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Yanvar 20:57
Şərh Yoxdur
1734

İnsanın təyəmmüm niyyəti ilə əllərini yerə vurub tozlu halda üzünə çəkməsi onu niyə pak edir?

Ayətullah Cavadi Amuli buyurur: Təharət ibadətin hikməti və sirridir. Burada məqsəd zahiri təharət deyil. Əgər Allah-Təala dəstəmaz barədə “pak olun” deyirsə, insan bu suyun zahiri üzvləri yuyub pak etdiyini xəyal etməməlidir. Ona görə ki, bu ifadə (“pak olun”) eyniylə təyəmmüm barədə də deyilir: Təyəmmüm edin, üzünüzü torpağa bulaşdırın ki, pak olasınız. Su insanı zahiri baxımdan pak edə bilər. Amma əlləri torpağa bulaşdırıb üzə sürtmək dedikdə, şübhəsiz söhbət zahiri təharətdən getmir, məqsəd mənəvi təharətdir.

 

Təyəmmüm bəyan edilərkən deyilir:

فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ مِنْهُ  مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَٰكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

“Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. Həmin torpaqdan üzünüzə və əllərinizə çəkin. Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz”.[1]

 

Maraqlıdır ki, bəzi fəqihlər təyəmmüm alarkən əlləri təmiz daşa, (tozlu olmayan) yerə vurmağı nöqsanlı hesab edirlər. Deyirlər ki, ayədə “ondan” kəlməsi vardır, yenə toz-torpaqdan nəsə əlinizə yapışmalıdır ki, onu üzünüzə sürtəsiniz.

Ayədə deyilir ki, Allah-Təala sizin çətinliyə düşməyinizi istəmir, sizi pak etmək istəyir. Burada məlum olur ki, insanın təyəmmüm niyyəti ilə əllərini yerə vurub tozlu halda üzünə çəkməsi onu pak edir. Nədən pak edir? Heç şübhəsiz, bu əməl insanı qürür və təkəbbürdən təmizləyir və pak edir. Əgər insan pak olursa, daha Allah qarşısında heç bir sözü və iddiası qalmaz, “mənim nəzərim, fikrim budur” deməz. Deməli, təyəmmümdə Allahın təharətdən məqsədi insanın qürur və təkəbbürdən pak olmasıdır.

Allah zahiri nemətləri sayıb ardından “şükr edin” buyurduğu kimi, təyəmmümü də nemət olaraq qeyd edir və ona görə şükr edilməsini istəyir.

 

www.ahliman.info

[1] «Maidə» surəsi, ayə 6.

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..