Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Avqust 09:35
Şərh Yoxdur
5395

İnsanı qəbir əzabından qoruyan əməllər

Bərzəx aləmi o aləmdir ki, insan öləndən Qiyamətə qədər orada məskunlaşar. “Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır”. (“Muminun” 100).

Hədislərmizin buyurduğuna görə insanlar bərzəx aləmində üç dəstəyə bölünərlər.

1. Xalis möminlər ki, bərzəx behiştinə daxil olarlar.

2. Xalis kafirlər ki, bərzəx cəhənnəminə daxil olarlar.

3. O insanlar ki, nə xalis mömindirlər və nə də xalis kafir. Onlara zəif fikirli insanlar deyərlər. Onlar bərzəx aləmini yuxulu halda keçirərlər. 

İmam Baqir (ə) buyurur: “Qəbirdə sual olunmaz, məgər o kəsdən ki, xalis imanı və ya xalis küfrü olar”. Sual verirlər ki, bəs qalan insanlar necə olacaqdır? Həzrət  (ə)buyurur: “Onları boş buraxarlar və onlarla işləri olmaz. Qiyamətə qədər yuxuya bənzər halda olarlar. Onlardan soruşarlar ki, bərzəx nə qədər çəkmişdir? Deyərlər ki, bir günün yarısı və ya bir gün”.

İnsan ölən zaman qəbirə qoyular ki, qəbirdə onu əzab gözləyər. Bəs kimləri qəbir əzabı gözləyir?

İmam Əli (ə) bu haqda buyurur: “Qəbir əzabı üç şeyə görədir: söz gəzdirmək, nəcisə nəzarət etməmək, üçüncü odur ki, kişi ailəsini buraxar və səbəbsiz olaraq onlardan uzaq olar”.

Bəzi hədislərdə oxuyuruq ki, pis əxlaq qəbir əzabına səbəb olar.

Bəs kimlər qəbir əzabından qoruna bilərlər?

Hədislərimizdə oxuyuruq ki, o insanlar ki, cümə günündə və ya gecəsində ölərsə, qəbir əzabı onlardan götürülər.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbrinizdəki nurdur və Sirat zamanı olan nurdur, behiştdəki nurdur”.

Həzrət Peyğəmbərə (s) çoxlu salavat göndərmək insanı qəbir əzabından qoruya bilər. Həmçinin gecə namazı insanın qəbir əzabından xilas olmasına səbəb ola bilər.

Allah Təala Musaya (ə) vəhy edir: “Gecənin qaranlığında ayağa qalx və gecə namazı qıl ki, bu (əməl) bais olar ki, qəbrin behişt bağlarından olsun”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..