Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Avqust 13:15
Şərh Yoxdur
710

İmanın təsiri poladdan möhkəmdir

İmam Sadiq (ə) buyurmuşdur:

اِنّ الْـمُؤْمِنَ أَشَدُّ مِن زُبُرِ الْحَدِيدِ، اِنَّ زُبُرَ الْحَدِيدِ إِذَا دَخَلَ النَّارَ تَغَيَّرَ وَ إِنَّ الْـمُؤْمِنَ لَوْ قُتِلَ ثُمَّ نُشِرَ ثُمَّ قُتِلَ لَم يَتَغَيَّرْ قَلْبُهُ

“Mömin polad parçalarından daha möhkəmdir. Polad atəşə düşdükdə dəyişib əridiyi halda, mömin ölüb dirilə və sonra yenidən ölərsə, onun imanı və ruhiyyəsində dəyişiklik yaranmaz.”[1]

Qısa izah

Həyat zəif və iradəsiz insanların tez bir zamanda onun qarşısında diz çökərək meydandan qaçdığı çətinlik və qarmaqarışıq məsələlər toplusundan ibarətdir.

Amma iman nuru sayəsində müqavimət göstərən kəslər heç vaxt saysız çətinliklər qarşısında təslim olmurlar.

Onlar ilahi əmrlərə itaət, günahlardan ,çəkinmək, şərəf və bəyənilən həyat yolunda maneələrin olduğunu bilir və başa düşürlər ki, qeyd edilənləri əldə etmək üçün üsyankar nəfsin müqabilində əzəmətlə dayanmalı, fədakarlıq və müqavimət göstərməlidirlər.

Allahın əta etdiyi toviq nəticəsində mömin şəxslər həyatın sarsıdıcı hadisələri və imtahanlardan başıuca çıxır və sonunda qalib gəlirlər.

[1] “Səfinətul-bihar”, c. 1, səh. 147.

Digər “Hədislər ” Xəbərləri

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi “Əlinin (ə) XƏNDƏK savaşı günü (Əmr bin Əbdəvidə) vurduğu zərbə insanların və cinlərin ibadətindən üstündür”.... Davamı..

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır?

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır? عَنْ إِسْمَاعِيلَ بْنِ مِهْرَانَ قَالَ: سَمِعْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ (ع) يَقُولُ‏:... Davamı..

Bu ay tövbə üçün ən gözəl fürsətdir

Bu ay tövbə üçün ən gözəl fürsətdir عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع)، أَنَّهُ قَالَ: مَنْ كَانَ تَائِباً مِنْ ذَنْبٍ،... Davamı..

Qorxulu rəhmət…

Bir dəfə Ömər ibn Əbdüləziz xəlifə Süleyman ibn Əbdülməlik ilə səfərə çıxır. Yolda onları ildırım, göy gurultusu tutur və qara buludların yaratdığı... Davamı..

imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı: “Əli ibn Əbi Talib (ə) özünü... Davamı..

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat... Davamı..

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər عَنِ ابْنِ أَبِي نَجْرَانَ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ (ع) يَقُولُ‏: مَنْ عَادَى شِيعَتَنَا فَقَدْ عَادَانَا... Davamı..

Salehlərin qəbirlərini ziyarət edin…

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..