Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Noyabr 11:00
Şərh Yoxdur
4897

İmam Zaman ağanı (ə.f) tanımaq üçün 10 pillə

İmam Əli (ə) bizlərə nəsihətində buyurmuşdur: “Canlarınıza zərif hikmətlərlə ruh bəxş edin. Çünki onlar da bədənlər kimi yorulur”. İmam Zaman ağa (ə.f) hər bir Əhli-beyt (ə) davamçısının İmamıdır və onu tanımaq üçün bir-bir nərdivanın pillələni qalxmalıyıq.

Bu yolda Üveys Qəraninin tövsiyələrinə diqqət edək. O, da İmamını görməmiş, ancaq ona çatmışdır.

1. Allahla ünsiyyət. Bir nəfər Üveysə deyir: “İstəyirəm ki, səninlə həmsöhbət olum və səninlə ünsiyyət qurum”. Üveys deyir: “Sübhənallah! Təəccüb edirəm o kəsə ki, Allahı tanıyır və Allahla olmaqdan qəflət edir”. İnsanın munisə ehtiyacı vardır. Allah Təala – insanın daimi Munisidir. Hər bir zaman və hər bir yerdə insan Onun həmsöhbəti ola bilir.

2. Quranla yaxın olmaq. Üveys deyir: “Heç kəs Quranın yoldaşı olmaz, məgər ayağa qalxan zaman o kəsə bir şey əlavə olar və ya ondan bir şey əskilər. Quran möminlər üçün şəfa və rəhmətdir. Zalımlara ziyan və xusranı artırar”.

3. Nəsihəti eşitmək. Üveys Qərəni deyir: “Bu ürəklər şəklərlə qarışıbdır. Ona görə də onda nəsihət və öyüd faydalı deyildir”. İnsanın ürəyi ağ lövhəyə bənzəyir. Bu lövhə günahla qaralar. İmam Əli (ə) xəvaricdən olan Quran oxuyan şəxsi görən zaman buyurmuşdu: “Yəqin halında yatmaq, şəklə namaz qılmaqdan daha yaxşıdır”.

4. Ürəyi yetişdirmək. Üveys deyir: “Ürəyindən müğayat ol. Əgər kimsə ürəyini boş buraxarsa, ziyan görər”. Ürək – Kəbəyə bənzəyir, necə ki, Allahın Evi bütlərdən pak olmalıdır, ürək evi də gərək napaklıqlardan pak olub, Məhbubun diyarına çevrilsin.

5. Günahı tanımaq. Üveys deyir: “Günahının kiçikliyinə nəzər salma, bəlkə o kəsə nəzər sal ki, Ona günah etmisən. Əgər günahını kiçik hesab etsən, Allahı kiçik hesab etmiş olarsan”.

6. Ölümə inam. Üveys deyir: “Həqiqətən ölüm və onu yada salmaq – mömin üçün şadlıq və sevinci aradan aparar”.

7. Axirət azuqəsi. Üveysə deyirlər: “Sənin işin necədir?”. Deyir: “Ah, azuqənin yoxluğundan və yolun uzunluğundan”. Hər kəs səfərə çıxan zaman özü ilə azuqə götürər və əgər götürməzsə, yolu yarımçıq qalar.

8. Xoşbəxtlik məcunu. Üveys Qərəni deyir: “Necə də gözəldir iman ki, onu elmlə bəzəyəsən. Necə də gözəldir elm ki, onu əməllə bəzəyəsən. Necə də gözəldir əməl ki, onu həlimliklə bəzəyəsən”. Xoşbəxt olmaq üçün məcunu əldə etmək lazımdır. Bu məcunun tərkibini də Üveys bizlərə söyləyir: 1. İman və elm. 2. Elm və əməl. 3. Əməl və həlimlik.

9. İctimai məsuliyyət. Üveys deyir: “Allahım! Mən Səndən hər bir ac mədəyə, paltarsız bədənə görə üzr istəyirəm”.

10. Vilayəti qəbul etmək. Bir gün Üveys Qərəni Fərat sahilində dəstəmaz alırdı. Qulağına təbil səsi çatır. Soruşur ki, bu, nə səsdir? Deyirlər ki, Şah Əli (ə) ordusunun təbil səsidir ki, Müaviyəyə (lən) tərəf gedir. Üveys deyir: “Mənim üçün heç bir ibadət mövlam Əli Murtəzaya (ə) tabe olmaqdan daha fəzilətli deyildir”.

Gəlin, biz də bu pillələri bir-birinin ardınca arxada qoyaq və İmamımıza (ə.f) yaxın olaq.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..