Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 İyun 13:39
Şərh Yoxdur
1093

İmam Zaman ağa (ə.f) niyə bu gəncin məscidə getməsini istəmədi?

Şeyx Baqirdən nəql edirlər: “Peşəsi dəllək olan bir cavanın qoca atası var idi. Ona xidmət edər və öz oğulluq vəzifəsində heç zaman səhlənkarlıq etməzdi. Onu hətta ehtiyacı olan yerə aparan zaman, öncədən suyunu hazır edər və gözləyərdi ki, atası çıxsın və onu təkrar geriyə aparsın.

O, cümə axşamı günündən başqa həmişə atasının xidmətində durardı. Cümə axşamında isə “Səhlə” məscidinə gedərdi.

Ancaq bir müddət sonra “Səhlə” məscidinə də getmir və ondan bunun səbəbini soruşanda, deyir: “40 gecə cümə axşamları “Səhlə” məscidinə getmişəm. Sonrakı cümə axşamı atama qulluq etdiyim üçün ertədən getməyə fürsət tapmadım və gecə oldu. Qərara aldım ki, gec də olsa, məscidə gedim.

Yolda bir ərəb gördüm ki, ata süvar olmuşdu. Mənə yaxınlaşıb dedi: “Hara gedirsən?”.

Dedim ki, “Səhlə” məscidinə.

Dedi: “Sənə qoca atanı vəsiyyət edirəm”.

Bu cümləni üç dəfə təkrar etdi və sonra gözdən itdi.

Mən başa düşdüm ki, bu mübarək şəxs İmam Zaman ağa (ə.f) idi. Həzrət (ə.f) mənim atamdan ayrılmağımı istəmirdi, hətta həftədə bir dəfə – cümə axşamları günü olsa da belə.

O gündən sonra daim atamın qulluğunda oldum və məscidə getmək üçün də ayrılmadım”. (Həvzəh/Deyerler)

 

Mümkündür ki, həmin gənc məscidə gedən zaman qoca atasının nə isə bir ehtiyacı yaranardı və o zaman oğlunun onun yanında olmaması çətinliyə səbəb olardı. Bu baxımdan, atasına qulluq, daima onun xidmətində olmaq – daha üstün bir ibadət sayılırdı.

Allah Təala bizlərə hər zaman ən yaxşısını seçməyi nəsib etsin!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..