Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Yanvar 12:07
Şərh Yoxdur
1459

İmam Səccadın (ə) “Mən Məkkə və Minanın oğluyam” sözünün həqiqəti budur

Ayətullah Cavadi Amuli buyurur: İmam Səccad (ə) Şam şəhərinin minbərində dediyi sözlər göstərir ki, məsulları (ə) ibadətlərin hikmətinə yetmişlər. Həzrətin çıxışının bir hissəsində deyilir: “Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam”.[1]

Burada “Məkkə və Minanın oğluyam” ifadəsinin mənası “Məkkə və Minada yerinə yetirilməsi gərəkən ibadətlərə çatmışam, o ibadət məni bura çatdırıb” dəməkdir. Bunun mənası o deyil ki, mən Məkkə və Mina torpağının oğluyam. Məsələn, sadəcə Minada yaşayan və oranın əhalisi Minanın oğlu sayılmazlar. Dinin diri qalmas, üçün qurban verənlər Minanın oğludurlar. Hüseyn ibn Əli (ə) bu səfərdə Məkkədən döndü, Məşər, Mina və Ərəfata getmədi, Minada qurban kəsmədi, zilhiccə ayının onundan qabaq Məkkədən Kufəyə tərəf hərəkət etdi. İmam Səccad (ə) da Minaya getmədi, qurban kəsmədi. Buna baxmayaraq İmam “Mən Məkkə və Minanın oğluyam” deyir.

Allahın dininin qorunması üçün ən üstün fədakarlığı edən, şəhid olan kəs qurbanlığın əsl həqiqətinə çatmışdır. O Minaya getməsə də Minanın oğludur.

Allah-Təala qurbanlığın hikməti barədə buyurur: Bu qurbanlığın bir zahiri tərəfi vardır, bir də batini. Onun zahiri Allaha çatmaz, batini isə, əksinə Allaha yetişər:

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَى

“Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən təqva çatar”.[2]

Deməli burada təqva ibadətin hikmətidir.

Cahiliyyət dövründə qurbanlıq kəsən zaman heyvanın ətindən bir parça kəsib Kəbə evinin divarından asar, qanından bu divara sürtərdilər ki, qurbanlıq qəbul olunsun. Lakin İslam bu işin üzərindən xətt çəkdi. Nəticədə həqiqi olaraq ibadətin batininə çatan və onun ən son hikmətini əldə etməyə səy edən təqvalı insan Allaha çatar.

 

www.ahliman.info

[1] «Bihar» cild 45, səh. 149; «Təzkirətul-xəvas» səh. 149.

[2] «Həcc» surəsi, ayə 37.

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..