İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən.
Allahın səni Peyğəmbər, Fatimə, Əli və bütün imamların (ə) dua etdiyi şəxslərin sırasında görməsini istəmirsən?»
O həzrət başqa bir hədisdə buyurur: «Məhəmmədin (s) qızı Fatimə (s.ə) Hüseyni (ə) ziyarət etməyə gəlmiş şəxsin yanında hazır olub onun üçün Allahdan bağışlanmasını diləyər».