Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Sentyabr 15:32
8 Şərh
5922

İmam Hüseyni (ə) sevənlər üçün Ayətullah Xameneidən diqqət etməli 7 nöqtə

Ali Rəhbərin xütbələrindən götürülmüş diqqət edilməli 7 nöqtə:

1. Əzadarlıq məclislərinin qədrini bilin və bu məclislərdən istifadə edin. Bu məclisləri qəlbən və ruhən İmam Hüseynlə (ə) və ümumilikdə Əhli-Beytlə (ə) rabitə qurmaq üçün vasitə qərar verin.

2. İbrət odur ki, insan baxsın və görə bilsin. Necə oldu ki, insanların gözü önündə böyüyən və Peyğəmbərin (s) ən sevimli nəvəsi olan və Həzrətin (s) onun barəsində buyurduğu: “Behişt cavanlarınınsərvəridir”, kəlməsini insanlar yarım əsr keçməmiş unutdular və görməməzliyə vurdular?! (Tebyan/Deyerler)

3. Əgər insan canını qorumaq üçün Allah yolunu tərk edərsə və o yerdə ki, haqq deməlidir, deməzsə – o zaman İmam Hüseyn (ə) kimilər döyüş meydanına çəkilər və qətl edilər.

4. İslam ümməti gərək Aşura hadisəsini bir ibrət, bir dərs və bir hidayət bayrağı kimi qəbul etsin. İslam dini Aşura və İmam Hüseynə (ə) görə diri qalmışdır.

5. İmam Hüseyni (ə) ancaq Aşura ilə tanımayın. O, İmamın (ə) qiyamının bir hissəsi idi. Onun əmr-be-mərufuna, nəhy-əz-munkərinə, Mina və Ərəfatda müxtəlif məsələləri izah etdiyinə, alimlərə xitabına, Kərbəla yolunda buyurduqlarına və Kərbəlanın özündə buyurduqlarına diqqət etmək lazımdır.

6. İmam Hüseynin (ə) İslam ümmətinə verdiyi dərs odur ki, haqq üçün, ədalət üçün, zülmlə mübarizə üçün həmişə hazır olmaq lazımdır.

7. Hər kimin İmam Hüseynə (ə) əlaqəsi olar – yəni İslamın siyasətinə əlaqəsi vardır deməkdir. İslam – mücahid dindir, İslam – qan verən dindir, İslam – can verən dindir. İmam Hüseynə (ə) etiqad dedikdə o nəzərə tutulur ki, ölkədə baş verən hər bir hadisə əza məclislərində müzakirə olunmalı və bəyan edilməlidir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..