Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Oktyabr 15:00
Şərh Yoxdur
7991

İmam Əli (ə): “Kim Allahı tanıdısa tənha qaldı. Kim camaatı tanıdısa, tənhalığı seçdi”

İmam Əli (ə) özünü tanıma və Allahı dərk etmək haqda bunları buyurub:

“Özünüdərk ən faydalı tanımadır.” [1]

“Özünü dərk  etməyə  nail  olmuş  şəxs  ən  böyük qələbəni qazanmışdır.”[2]

“Özünü tanımayan kimsə başqasını necə tanı­yacaq?”[3]

“Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa, özbaşına buraxdı.” [4]

“Hər kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki, özünü tanıdı başqalarından ayrıldı. Kim dünyanı tanıdısa, ondan qəlbini üzdü. Hər kim camaatı tanıdısa, tənhalığı seçdi.” [5]

“Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.”[6]

“Özünü tanıyan, Allahını da tanıdı.”[7]

“Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir.”[8]

“Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir.”[9]

“Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.”[10]

 

İmam Səccad (ə) dualarının birində buyurub: “Bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et.”[11]

İmam Baqir (ə) Cabir Coəfiyə tövsiyyələrində buyurarmış: “Heç bir tanıma öz nəfsini bilib tanımağın qədər ola bilməz.”[12]

 

www.ahliman.info

[1] Ğurərul-Hikəm, hədis 9865.

[2]  Ğurərul-Hikəm, hədis 6965.

[3] Ğurərul-Hikəm, hədis 6998.

[4] Ğurərul-Hikəm, hədis (7855+7856).

[5] Ğurərul-Hikəm, hədis (7829+7832)

[6]  Ğurərul-Hikəm, hədis 3126.

[7]  Ğurərul-Hikəm, hədis 7946.

[8] Ğurərul-Hikəm, hədis 10930.

[9] Ğurərul-Hikəm, hədis 10927.

[10]  Ğurərul-Hikəm, hədis 10937.

[11] Biharul-Ənvar, c.94, səh.128, hədis19.

[12] Tuhəful-Uqul, səh.268.

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..