Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Dekabr 09:02
Şərh Yoxdur
3587

İbadətin bəyənilən olması üçün 5 şərt

İbadət – Allah Təala qarşısına çıxmaqdır. Onun bəndələri üçün ayırdığı süfrədə əyləşməkdir. Ona görə də həqiqi ibadətin yollarını da Onun özündən öyrənmək lazımdır.

 

Bəs Allah yanında ən yaxşı ibadət necə olmalıdır?

 

1. Agahcasına olmalıdır. İnsanın agah şəkildə qıldığı iki rükət namaz, qəlb hüzuru olmadan qıldığı 70 rükət namazdan daha üstündür. O kəs ki, qəlb hüzuru olmadan namaz qılar, alimlərin buyurduğuna görə o uzunqulağa bənzəyir ki, öz ətrafında fırlanır, ancaq irəli gedə bilmir. İmam Sadiq (ə) buyurur: “Hər kim iki rükət namaz qılar və bilər ki, kiminlə söhbət edir – günahları bağışlanar”.

 

2. Aşiqcəsinə olsun. Ruh, ibadətdə o zaman sevinc əldə edər ki, ibadəti aşiqcəsinə olar. Allahla söhbət etməyə tələsər və həvəsli olar. Məsumlar (ə) dualarında buyurardılar: “Allahım! Sevincimi ibadətində qərar ver!”. O kəslər ki, öz ibadətlərindən ləzzət almırlar, o xəstələrə bənzəyir ki, yedikləri ləzzətli yeməklərdən ləzzət almırlar.

 

3. Xaliscəsinə olsun. Riya, ibadəti aldatmaqdır və ibadət baxımından özünü aldatmaqdır. Xalis namazın dəyərini isə insan ağlına belə gətirə bilməz, çünki çox yüksəkdir. “Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!”. (“Bəyyinə” 5).

 

4. Müticəsinə olsun. Müti olmaq – bəndənin Allah qarşısındakı qəlb halıdır ki, qəlbinin paklığı sayəsində meydana gələr. Bu insan Allah qarşısındakı aciz və zəifliyini hiss edər və onu dilinə gətirər, ürəyində təsdiq edər. “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 2).

 

5. Gizli olsun. Həzrət Peyğəmbər (s) buyurur: “O ibadətin mükafatı böyük olar ki, gizli olsun. Bu, ona görədir ki, cəm içində olan ibadət, riya və özünü göstərmək zəminələrinə malik olar”.

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..