Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Fevral 10:06
Şərh Yoxdur
1352

İbadət etmək mühüm deyil, ibadətə aşiq olmaq və onun batini sevmək mühümdür

Ayətullah Cavadi Amuli buyurur:

İmam Sadiq (ə) buyurur: “Məgər din eşq və məhəbbətdən başqabir şeydirmi?[1]

Həqiqətən, məsumlar (ə) Allaha ibadət edərkən Onu sevər və ibadət olunmağa layiq bilərlər. Allah, Onun şövqündə olanların arzusudur. “Sənin məhəbbətinlə, ey müştaqların arzusu![2]

Şövq insanı Allaha tərəf çəkər. Burada hədəf behişt deyil. Ərəb dilindəki “əməl[3] kəlməsinin qarşılığı olan “arzu” insanı taqətsiz edir, onu səy etməyə vadar edir. İnsan bəzən ümidvar olur, bəzən arzudolu. Batil hədəflərə doğru olan şövq yalançı şövqdür. Sadiq şövq yalnız Allaha doğru olan şövqdür. Belə ki, əvvəldə Allaha şövq yaranır, sonra isə eşq.

Şövqlə eşqin fərqi vardır. Şaiq (şövqü olan kəs) o kəsə deyilir ki, yoxudur və axtarır. Aşiq o kəsə deyirlər ki, istədiyinə çatıb, indi onu qoruyur. Çeşmə axtarışında olan insana “çeşmə müştaqdır!” deyərlər. Suya çatdıqda isə ona “çeşmənin aşiqi” deyirlər.

Peyğəmbər (s) buyurur: “İnsanların ən fəzilətlisi o kəsdir ki, ibadəti özünün məşuqu bilir, qəlbən sevərək onunla qaynayıb qarışır, bütün vücudu ilə onu hiss edir və özünü ibadət üçün digər şeylərdən arındırır. Bu vaxt dünyanın onun üçün çətin, ya asan keçməsinin heç bir anlamı olmur“.[4]

Deməli, insanların ən üstünü ibadətə eşqi olan kəsdir. Bu hədis bizi təşviq edir ki, ibadətə əvvəlcə şaiq olmalıyıq, sonra aşiq.

Deyilənə görə, ərəb dilində “eşq” kəlməsi “əşəqə” adlı bitkinin adından götürülüb. Bu bitki dilimizdə “sarmaşıq” deyilir. Sarmaşıq elə bir bitkidir ki, ağacın gövdəsinə yapışdıqda daha onu buraxmaz, ona sarılar, nəfəsini kəsər, nəticədə ağac da yavaş-yavaş saralmağa başlayar, yarpaqları tökülər və sonunda qoruyar. Görənlər deyirkər ki, bu ağacı “əşəqə” tutub. Aşiq insan da belədir.

İbadət etmək mühüm deyil, ibadətə aşiq olmaq, namaz və onun batini sevmək mühümdür.

 

www.ahliman.info

[1] «Bihar» cild 69, səh. 237.

[2] «Mafatihul-cinan», Mübarək Ramazan ayının doqquzuncu gününün duasından.

[3] «Əməl» kəlməsi ərəb dilində iki cür yazılır; biri (عمل) tərcümədə «əməl» mənası verir, digəri isə (امل) «arzu» anlamındadır. Red.

[4] «Kafi» cild 2, səh. 83.

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..