Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Oktyabr 09:19
Şərh Yoxdur
125

Heç bir günahı kiçik saymayın

İmam Həsən Əsgəri (ə) buyurmuşdur:

مِنَ الذُّنُوبِ الَّتِي لا تُغْفَرُ: لَيْتَنِي لا اُؤَاخَذُ إِلاَّ بِهَذٰا

“Günahlar içində bağışlanmayan günah insanın “Ey kaş, mənim günahım elə bu olaydı!” – deməsidir. ”[1]

Qısa izah

Kiçik günahlar müəyyən səbəblərdən böyük günahlara çevrilirlər.. Günahları kiçik hesab edərək əhəmiyyətsiz saymaq şeytanın ən təhlükəli vəsvəsələrindən biridir.

İnsanın böyük sayaraq şəkindiyi günahlar o qədər də təhlükəli deyildir. Çünki təqvalı insan həmişə özünü belə günahların toruna düşməkdən qorumağa çalışır. Lakin insan həmin günahı kiçik saydıqda, günaha nisbətdəki narahatlıq və qorxu aradan gedir və insan asanlıqla günaha aludə olur.

Mütəmadi olaraq günaha mürtəkib olmaq kiçik günahların böyük günahlarla əvəz olunması üçün şərait yaradan amillərdəndir. Bu isə insanın həmişəlik səadət və xoşbəxtlikdən məhrum olmasına gətirib çıxarır.

Həqiqətdə, qeyd edilənləri nəzərə alsaq, bütün günahların böyük olduğunu anlayarıq, çünki Allahın qadağa qoyduğu qanunları pozmağın özü böyük günah sayılır.

[1] “Tühəful-uqul”, səh. 366.

Digər “Hədislər ” Xəbərləri

Alimin üstünlüyü

İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: فَضْلُ الْفَقِيهِ عَلَي الْعَابِدِ كَفَضْلِ الشَّمْسِ عَلَي الْكَواكِبِ “Alimin abidə nisbətdə olan üstünlüyü günəşin ulduzlara nisbətdəki... Davamı..

Valideyn və övladın qarşılıqlı hüquqları

İslam Peyğəmbəri (s) buyurmuşdur: يَلْزَمُ الْوَالِدَيْنِ مِنَ الْحُقُوقِ لِوَلَدِهِمَا مَا يَلْزَمُ الْوَلَدَ لَهُمَا مِنْ حُقُوقِهِمَا “Övladlar ata-ana hüquqları qarşısında məsuliyyətli olduğu kimi,... Davamı..

Malını itaət yolunda xərclə ki, günaha görə xərcə düşməyəsən

İmam Kazim (ə) buyurmuşdur: إِيَّاكَ اَنْ تَمْنَعَ فِي طَاعَةِ اللهِ فَتُنْفِقَ مِثْلَيهِ فِي مَعْصِيَةِ اللهِ “Malını rəbbinə itaət etmək uğrunda deyil, günah... Davamı..

İslam dünya dininə çevriləcək

İslam Peyğəmbəri (s) buyurur: لا يَبْقَيٰ عَلَيٰ ظَهْرِ الْأَرْضِ بَيْتُ مَدَرٍ وَ لا وَبَرٍ إِلاّ أَدْخَلَهُ اللهُ كَلِمَةَ الْإِسْلامِ “Yer üzərində elə... Davamı..

Səbirli və dözümlü şəxsin 3 əlaməti var

Ömər ibn Əli (ə) atası İmam Əlidən (ə) və o da Peyğəmbərdən (s) belə rəvayət edir: “Səbirli və dözümlü şəxsin 3 əlaməti... Davamı..

Padşahların ən pis xüsusiyyəti düşməndən qorxmaq

Əmr bin Dinar deyir: Usamə ibn Zeyd xəstəlik yatağında olarkən İmam Hüseyn (ə) onu ziyarət etdi. Üsamə çətinliklərindən şikayətləndi. İmam Hüseyn (ə)... Davamı..

İmam Həsən Əskəri (ə): Zalımların Əhli-beytlə (ə) düşmənçiliyinin iki səbəbi

İmam Həsən Əskəri (ə) buyurmuşdur: قَد وَضَعَ بَنو اُمَيَّةَ وبَنُو العَبّاسِ سُيوفَهُم عَلَينا لِعِلَّتَينِ، إحداهُما: أنَّهُم كانوا يَعلَمونَ أنَّهُ لَيسَ لَهُم فِي... Davamı..

İslam dünya dininə çevriləcək

İslam Peyğəmbəri (s) buyurur: لا يَبْقَيٰ عَلَيٰ ظَهْرِ الْأَرْضِ بَيْتُ مَدَرٍ وَ لا وَبَرٍ إِلاّ أَدْخَلَهُ اللهُ كَلِمَةَ الْإِسْلامِ “Yer üzərində elə... Davamı..