Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Oktyabr 11:48
Şərh Yoxdur
3045

Həzrət Əlinin (ə) kadr dəyişikliyinin meyarları nə idi?

Höccətül – islam vəl – müslimin Seyid Hadi Seyid Vəkili  Qəbir- Xum bayramı ərəfəsində Həzrət Əlinin (ə) siyasi- icimai və dövlət idarəçiliyi sahəsindəki metod və şivələri ilə bağlı açıqlama verib. (Shabestan)

Həzrət Əli (ə) insanlara vəzifə verəndə və onlara dövlətin mühüm postlarını tapşıranda hansı xüsusiyyət və meyarları nəzərə alırdı? Başqa sözlə desək, Həzrət Əlinin (ə) kadrı olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazım idi?

“Həzrət Əlinin (ə) kadr seçimində şəxsi ləyaqət prinsipi əsas rol oynayırdı, burada başqa imtiyazlar bir kənara qoyulurdu. Məsələn hansı ailədən, nəsildən, hansı qəbilədən olması, varlı olmaq kimi imtiyazlar nəzərə alınmırdı. Həzrət Əli (ə) hakimiyyətə gələndə özündən qabaq qəbilə təəssübkeşliyi və mal- dövət toplamaq xatirinə hakiyyətdə təmsil edilən işçilərin hamısını vəzifədən çıxartdı və onların yerinə daha ləyaqətli insanları təyin etdi. Misal olaraq, Həzrtə Əli (ə) birinci xəlifənin oğlu Məhəmməd ibn Əbubəkri cavan olmasına baxmayaraq Misrə vali təyin etdi. O nöqsansız olaraq Misri idarə edirdi, lakin xalq onu istəmir, bir o qədər də qəbul etmirdilər. Həzrət Əli (ə) Məhəmmədi Misrin valiliyindən çıxararaq onu cəmiyəti istəyən və qəbul edə başqa bir yerə vəzifəyə qoydu. Buradan da məlum olur ki, Həzrət Əlinin (ə) kadrları xalq tərəfindən də istənilməli və ictimaiyyət tərəfindən qəbul edilməlidir.

Başqa bir tərəfdən İmam Əli (ə) Misrin hakimiyyətini daha təcrübəli və bişmiş bir şəxsə tapşırır. Bu göstrir ki, böhranlarda təcrübəli insanlardan yararlanmaq lazımdır.

Həzrət Əli (ə) bütün sahələrdə, o cümlədən də kadr dəyişikliklərində ədalətə tam riayət edirdi.”

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..

Peyğəmbəri-Əkrəm (s) Xanım Zəhra (ə.s.) və onun başına gətiriləcək müsibətlərdən danışır!

Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük... Davamı..

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) ŞƏHADƏTİ

Şiə və sünni tariхçiləri Əbu Rafеnin həyat yoldaşı Səlmaya istinadən bеlə nəql еdirlər: “Mən həzrət Fatimədən (s.ə.) ömrünün aхırlarında bəzi məsələlər haqda... Davamı..