Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Oktyabr 09:07
Şərh Yoxdur
5557

Həqiqi möminlər öz həyatlarını dünya və axirət arasında bölərlər

Həqiqi möminlər öz həyatlarını dünya və axirət arasında bölərlər. Hər biri üçün lazımlı qədər vaxt ayırarlar, həm dünya işlərini yerinə yetirərlər və həm də ibadətə aşiq halda axirətləri üçün saleh əməllər yerinə yetirərlər. Heç birini o birisinə fəda etməzlər.

İmam Əli (ə) buyurur: “Sənin üçün ən sevimli iş, o iş olmalıdır ki, hər şeydən daha çox etidala uyğun olsun və hər şeydən daha çox aralarında ədaləti bərqərar etsin”.

Etidal sözünün mənşəyi ədl sözündən götürülmüşdür ki, mənası iki hal arasında orta həddi seçməkdir. Etidal elə bir fəzilətdir ki, insanın həm fərdi və həm də ictimai həyatına hakim olmalıdır.

Həqiqi mömin həyatının hər bir sahəsində etidala riayət etməlidir. O cümlədən:

1. Yatmaq və yeməyində. Qurani-Kərim buyurur: “(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (“Əraf” 31). Yemək və yatmaqda ifrat və ya təfrit etmək insanı ziyana uğradar. İmam Sadiq (ə) buyurur: “Möminin qəlbi üçün çox yeməkdən ziyanlı şey yoxdur və bu cür əməl qəlbin daşlaşmasına və şəhvətə təhrik olmasına səbəb olar”.

2. İş və ibadət. İnsanın həm cismi və həm də ruhi ehtiyacları vardır. İnsan gərək həm ruhuna və həm də cisminə diqqət göstərsin və heç birində təfrit və ya ifrat etməsin. Quran buyurur: “Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma”. (“Qəsəs” 77).

İmam Kazım (ə) buyurur: “Hər kim dünyasını dininə görə və dinini dünyasına görə tərk edərsə, bizdən deyildir”.

3. Xərcləyən zaman və pul toplayan zaman. Möminin vəzifəsidir ki, bacardığı qədər ruzi qazanmaq üçün zəhmət çəksin və səy göstərsin. Dinimiz buyurur ki, müsəlman qazandığı ruzisini məntiqli şəkildə xərcləməyi və yığmağı bacarmalıdır və bu yolda da etidala əməl etməlidir. Quran buyurur: “Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan”. (”İsra” 29).

Etidalın insan həyatına verdiyi faydalar:

1. Tərbiyə. İnsan həyatı boyu nəfsini tərbiyə etməlidir və bu yolda ona etidal yardım edə bilər. İmam Əli (ə) buyurur: “Nə zaman özünü islah etməyə meyil etsən, mötədil, qənaətçi, arzusu az olan ol”.

2. İnsana nicat verər. Həzrət Peyğəmbərin (s) nəzərinə görə, insanın nicat tapmasının ən mühüm amillərindən biri – həyatda mötədil olmaqdır.

3. Ehtiyacsızlıq. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, mötədillik ehtiyacsızlığa və sərvətə səbəb olur”.

4. Sağlamlıq. İmam Əli (ə) buyurur: “Hər kim salamatlıq istəyirsə, gərək mötədil olsun”.

5. Vəhdət. Həzrət Peyğəmbər (s) buyurur: “Mötədil olun, çünki o millət ki, mötədil olar heç bir zaman təfriqəyə düçar olmaz”.

6. Ülfət. Həzrət Peyğəmbər (s) buyurur: “Mötədil olun ki, qəbləriniz bir-birinə yaxın olsun”.

7. Çətinliklər asanlaşar. İmam Əli (ə) buyurur: “İşlərində mötədil olmağı öyrən. Çünki o insan ki, mötədil olmağı öyrənər həyat işləri onun üçün asan olar”.

8. İnkişaf etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala nə zaman bir millətin inkişaf emtəsini istəyər, etidal və iffəti ruziləri edər”.

9. Həlakətdən amanda qalmaq. İmam Əli (ə) buyurur: “Hər kim mötədil olar, həlak olmaz”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..