Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Dekabr 11:56
Şərh Yoxdur
5395

Həzrət Peyğəmbər (s) və yetim oğlan

Bir gün Allahın Rəsulu (s) gördü ki, küçədə bir neçə uşaq oyun oynayır. Ancaq bir uşaq kənarda dayanıb, onlara tamaşa edirdi. Besətdən əvvəl ərəblər yetimləri çox təhqir edir və onları alçaldırdılar. Peyğəmbərin (s) özü də yetim idi. O, peyğəmbərliyə məbus olandan sonra insanların bəzisi, hətta əmisi Əbu Ləhəb və Əbu Cəhl deyirdi: “İşimiz elə bir yerə gəlib çatıb ki, gərək yetimin əmrini yerinə yetirək. Məgər o, kimdir?”.

Həzrət Peyğəmbər (s) bu səhnəni görən zaman irəli gəlib buyurdu: “Oğlum, niyə oynamırsan?”. Dedi: “Yol vermirlər”.

– Niyə?

– Ona görə ki, mən yetiməm. (Bu sözlərdən görmək olur ki, həmin şeytani yanaşma hələ də ərəblərin arasında qalmışdı).

– Oğlum, kimsən?

– Atam Rəfayi ənsardır.

– Anan haradadır?

– Ərə gedib və məni qoyub gedib.

Həzrət Peyğəmbər (s) onu qucaqladı və Fatimənin (s.ə) evinə apardı.

– Fatimə can! Bu, sənin qardaşındır. Onu yu və saçlarını dara. Ona yeni paltar geyindir ki, özümlə aparım.

Sonra həmin uşağı başqa uşaqların yanına apardı və onların hamısını çağırıb buyurdu: “Sizlərdən kim deyib ki, bu uşaq yetimdir?” Bir-iki uşaq dedi: “Biz bu sözü demişik”.

– Ancaq onun atası vardır.

– Atası haradadır?

– Atası mənəm.

Uşaqlar eşidəndə ki, Peyğəmbər (s) onun atasıdır, uşağı da götürüb oyun oynamağa apardılar.(Erfan/Deyerler)

Quran insanlara əmr edir ki, heç kimə zülm etməsinlər. Xüsusilə də yetimə və onun malına. Bu məsələ bütün əsrlərə və nəsillərə aiddir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..