Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 İyun 12:05
Şərh Yoxdur
2061

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey əməlin sərvəridir…”

Həzrət Peyğəmbər (s) buyurur: “Əməlin seyyidi və sərvəri – başqaların haqqını özündən istəmək, Allaha xatir din qardaşına əl tutmaq, Allahı hər bir halda yada salmaqdır”.

 

Müsəlman, ancaq kəlmeyi-şəhadətləri deyərək müsəlman olmaz. Müsəlman elə olmalıdır ki, nə zaman İlahi məsələ irəli gəlsə – ona əməl etsin və nə zaman Allahın qadağası ilə üzləşdi – onu tərk etsin.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim malını yoxsula verərək yoxsulla həmdərdlik edərsə və özündən insaf göstərərsə – o, həqiqi mömindir”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim özü tərəfindən insanlara haqq verər – başqaları üçün qazi olması məqbuldur”.

 

İnsaf – iman əhlinin ən fəzilətli sifətlərindəndir. İnsaf odur ki, o şeyi ki, özün üçün istəyirsən və bəyənirsən – başqaları üçün də onu bəyənəsən. İnsanların haqqını əda edəsən.

 

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyəsində buyurur: “Üç şey əməlin sərvəridir: insaf, bərabərlik, Allahı zikr etmək”.

 

Əgər insanda bu üç sifət olarsa, imanı artar və güclənər. İnsanlar da iman əhlindən məhz bu üç əməli gözləyirlər. İstəyirlər ki, insaflı olsun, hamı ilə malı ilə bağlı bərabər hüquqla rəftar etsin, Allahı zikr edən olsun və Allahdan çəkinən olsun. Allahın bəyəndiyi sözlər danışsın.

 

İmam Sadiq (ə) buyurur ki, üç sifət bəndələr üçün ən çətin sifətlərdir:

Birincisi – insanlarla özün arasında insafa riayət etməkdir.

İkincisi – malında din qardaşlarına qarşı bərabər olmaqdır.

Üçüncüsü isə hər bir halda Allahı yada salmaqdır. (Həvzəh/Deyerler)

 

Bəli, insaf – o dəyərli sifətlərdəndir ki, yerinə yetirməsi çətin, ancaq çox dəyərlidir. İnsan olmağın və imanlı olmağın nişanəsidir. Hər kim insafa riayət edərsə, imanını gücləndirər və Allaha yaxınlaşar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..