Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 May 12:23
Şərh Yoxdur
672

Həsəd və paxıllıq

İmam Sadiq (ə) buyurmuşdur:

الْحَاسِدُ‍ مُضِرٌّ بِنَفْسِهِ قَبْلَ أَنْ يُضِرَّ بِالْمَحْسُودِ

“Həsəd edən paxıllıq etdiyi şəxsə zərər yetirməzdən qabaq özünə zərər vurar.”[1]

Qısa izah

Həsəd amilinin həqiqəti insanın digərlərinin nemət içərisində olduğunu görmək istəməməsi, həmin nemətlərin onların əlindən çıxması uğrunda səy və təlaş etməsi və yaxud onlara ziyan dəyməsini arzulamaqdan ibarətdir.

Həqiqətdə, həsəd aparan şəxs həmişə bir növ lider və öndərlik amilinin deyil, əksinə geriqalma amili uğrunda fəaliyyət göstərir. Digər tərəfdən, həsəd əxlaqi xəstəlik və rəzilə sifətlərdən sayılır.

Həsəd edən şəxs psixoloji cəhətdən digərlərindən öncə, özünü oda ataraq yandırır və başqa bir ifadə ilə desək, hamıdan geriyə qalaraq təhqir edilir. Belə olduğu halda, həsəd aparan şəxs digər insanların inkişafına mane olmaq üçün deyil, əksinə onlardan önə keçmək uğrunda çalışmalıdır.

Bəli! Həsəd aparan kəs, başqalarına zərər yetirməzdən qabaq, ilk öncə özünü həsəd atəşində yandırır.

[1] “Biharul-ənvar”, c. 70, səh. 255.

Digər “Hədislər ” Xəbərləri

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi “Əlinin (ə) XƏNDƏK savaşı günü (Əmr bin Əbdəvidə) vurduğu zərbə insanların və cinlərin ibadətindən üstündür”.... Davamı..

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır?

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır? عَنْ إِسْمَاعِيلَ بْنِ مِهْرَانَ قَالَ: سَمِعْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ (ع) يَقُولُ‏:... Davamı..

Bu ay tövbə üçün ən gözəl fürsətdir

Bu ay tövbə üçün ən gözəl fürsətdir عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع)، أَنَّهُ قَالَ: مَنْ كَانَ تَائِباً مِنْ ذَنْبٍ،... Davamı..

Qorxulu rəhmət…

Bir dəfə Ömər ibn Əbdüləziz xəlifə Süleyman ibn Əbdülməlik ilə səfərə çıxır. Yolda onları ildırım, göy gurultusu tutur və qara buludların yaratdığı... Davamı..

imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı: “Əli ibn Əbi Talib (ə) özünü... Davamı..

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat... Davamı..

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər عَنِ ابْنِ أَبِي نَجْرَانَ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ (ع) يَقُولُ‏: مَنْ عَادَى شِيعَتَنَا فَقَدْ عَادَانَا... Davamı..

Salehlərin qəbirlərini ziyarət edin…

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..