Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Sentyabr 09:07
Şərh Yoxdur
5600

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi qaynamağa başlayır. Peyğəmbəri-Əkrəm (s) buyurur: Hər hansı bir bəndə qırx gün bütün əməllərini Allah üçün xalis edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar.”[1]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: Haradadır əməllərini Allah üçün xalis edənlər, qəlblərini Allahın diqqət mərkəzinə çevirmək istəyərək pak edənlər?!”[2]

Fatimeyi-Zəhra (s.ə) buyurur: Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər.”[3]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: Bəndələrin pak qəlbləri Sübhan Allahın nəzər etdiyi yerlərdir. Hər kəs öz qəlbini paklaşdırsa, Allahın nəzər yetirdiyi yerə çevrilər.”[4]

Peyğəmbəri-Əkrəm (s) Cəbrəildən, o da Mütəal Allahdan nəql edir:İxlas Mənim sirlərimdən olan bir sirdir ki, sevdiyim bəndənin qəlbində əmanət qoyaram.”[5]

İxlasın müəyyən mərtəbə və dərəcələri vardır. Onun ən aşağı dərəcəsi budur ki, insan bütün ibadətlərini şirkdən, riyadan, özünü göstərməkdən xalis etsin və onları yalnız Allah üçün yerinə yetirsin. İxlasın bu miqdarı ibadətin düzgün olması şərtidir və bu olmazsa, Allah dərgahına yaxınlıq hasil olmaz. Əməlin dəyəri niyyətin paklığına, şirk və riyadan xalis olmağına bağlıdır.

Peyğəmbəri-Əkrəm (s) buyurur: Allah sizin surət əməllərinizə baxmır, O sizin qəlblərinizə baxır.”[6]

İmam Cəfər Sadiq (ə) buyurur: «Mütəal Allah buyurur: Mən ən yaxşı şərikəm. Hər kəs əməldə başqasını Mənə şərik qərar verərsə, hamısını şərikimə həvalə edərəm. Mən yalnız xalis əməli qəbul edərəm.”[7]

O Həzrət (ə) yenə buyurur: AllahTəala qiyamətdə insanları niyyətləri əsasında məhşur edəcəkdir.”[8]

Əmirəl-möminin Əli əleyhissəlam buyurur: Xoş olsun o kəsin halına ki, ibadət duasını yalnız Allah üçün yerinə yetirsin, qəlbini gözü sataşan şeylərlə məşğul etməsin, qulağına çatan şeylər vasitəsilə Allahın zikrini unutmasın, başqasına verilən şeylər səbəbi ilə qəmgin olmasın.”[9]

Yenə buyurur: Əməldə ixlas adət əlamətlərindəndir.”[10]

O ibadət Allah tərəfindən qəbul edilir və insanın Allah dərgahına yaxınlaşmasına, kamala yetməsinə səbəb olur ki, hər növ riyadan, özünü istəməkdən, özünü göstərməkdən pak olsun, yalnız və yalnız Allah üçün yerinə yetirilsin. Əməlin qəbul olunması və dəyərinin meyarı ixlasdır. İxlas nə qədər çox olarsa, əməl də bir o qədər kamil və dəyərli olacaqdır.

 

www.ahliman.info

[1] “Biharul-ənvar”, 70-ci cild, səh.242

[2] “Ğurərul-hikəm”, səh.157

[3] “Biharul-ənvar”, 70-ci cild, səh.249

[4] “Ğurərul-hikəm”, səh.538

[5] “Biharul-ənvar”, 70-ci cild, səh.249

[6] “Biharul-ənvar”, 70-ci cild, səh.248

[7] “Biharul-ənvar”, 70-ci cild, səh.243

[8] “Biharul-ənvar”, 70-ci cild, səh.209

[9] “Biharul-ənvar”, 70-ci cild, səh.229

[10] “Ğurərul-hikəm”, səh.43

Digər “Mənəviyyat ” Xəbərləri

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..

Xeyirli mal dörd şeydədir .

İsmail ibn Müslim Səkuni Cəfər ibn Mühəmməddən (ə), o da öz atababalarından İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Allah rəsulundan (s)... Davamı..

ƏLİ (ə) İLK MÖMİNDİR

  . قَالَ رَسُولُ اللهِ صَلَّىٰ اللهُ عَلَيْهِ وَآلِهِ: عَلِيٌّ أَوَّلُ الْمُؤْمِنِينَ. Həzrət Peyğəmbər (s) buyurdu: “Əli (ə) ilk mömindir.”[1] . قَالَ رَسُولُ اللهِ... Davamı..

Həqiqətən bu kişi sənin imamındır, yoxsa, dildə deyirsən?!

Ölümü xatırlamaq insana dünyanın həqiqətən də çox tez keçici olan dərdlərini unutdurur, qarşıda onu daha böyük bir problemin gözlədiyini xatırlayır, dünya sevgisini... Davamı..

İmam Səccadın (ə) Həccin Sirrləri Barədə Gözəl Nəsihəti

İmam Səccad (ə) “Şibli” adlı şəxsə Həccdən qayıtdıqdan sonra buyurur: Miqata getdinmi? Bəli. Paltarını dəyişdinmi? Yəni tikişli paltarı çıxarıb, ehram geydinmi? Bəli.... Davamı..

Dünya və axirət qəmindən xilas olun

Abdullah atası Həsən Müsənnadan, o da atası İmam Həsəndən (ə), o da atası İmam Əlidən (ə), o da Həzrət Peyğəmbərdən (ə) belə... Davamı..

Öz gələcəyin üçün bu cür tədarük gör

İmam Əli (ə) buyurmuşdur: مَا تُقَدِّمْ مِنْ خَيْرٍ يَبْقَ لَكَ ذُخْرُهُ وَ مَا تُؤَخِّرْهُ يَكُنْ لِغَيْرِكَ خَيْرُهُ “(Dünyada) öncədən göndərdiyin xeyirli əməllər... Davamı..