Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 İyun 19:40
Şərh Yoxdur
2809

Həqiqi oruc tutmaq üçün nə etməli?

Oruc tutmaq ancaq ac və susuz qalmaq demək deyildir. oruc tutan insan mənəvi və zahiri əməllərinə diqqət etməli və təqvalı olmağa çalışmalıdır. Bu zaman oruc bizi cəhənnəm atəşindən qoruya bilər. Oruc tutan insan həm dilinə, həm qulağına və həm də gözünə hakim olmalıdır. Bəzən oruc ancaq mədə orucu olur və yəni insan oruc olsa da, Allahın bəyənmədiyi işləri görər. (Erfan/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “O qədər oruc tutan var ki, oruclarından aclıq və susuzluqdan başqa heç nə nəsibi olmaz”.

Həzrət (s) başqa yerdə buyurur: “Oruc əmanətdir və hər birinizə vacibdir ki, əmanətdar olasınız”.

Həzrət Peyğəmbər (s) mübarək əlini qulağına və gözünə qoyub buyurur: “Qulaq əmanətdir, göz əmanətdir. Yəni oruc zamanı qulaq o şeyə ki, Allaha qarşıdır, gərək bağlansın və göz Allahın qəzəbinə səbəb olan şeylərə nəzərini aşağı salsın”.

Hər birimiz bu mübarək Ramazan ayının qonaqlığına dəvət olunmuşuq. Hər kim bu süfrədə əyləşərsə, Allahın kərəmindən bəhrələnər və behiştin yolunu görər. Böyük əcr və mükafata çatar. Əgər insan sadəcə ac və susuz olarsa, məhsulu da aclıq və susuzluq olar.

Həzrət Peyğəmbər (s) səhabələrinə buyurur: “Sizə elə bir şeyi xəbər verim ki, əgər onu yerinə yetirsəniz, şeytan sizdən şərq və qərbin fasiləsi qədər uzaqlaşar?”. Deyirlər: “Bəli”. Həzrət (s) buyurur: “Oruc (şeytanın) – simasını qara edər, sədəqə – belini sındırar, Allah yolunda dostluq və saleh əməllə kömək etmək – köklərini qət edər. İsitğfar – damarlarını ayırar. Hər şeyin zəkatı vardır və bədənin zəkatı orucdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutan Allahın ibadətindədir. Baxmayaraq ki, yatağında yatsa belə. Ancaq o zamana qədər ki, müsəlmanın qeybətini etməz”.

İmam Sadiq (ə) buyurur: “Hər kim isti günlərdə oruc tutar və şiddətli susuzluğa düçar olar, Allah min mələyi ona məmur edər ki, üzünü sığallasınlar. Ona Haqqın inayətini müjdə versinlər. İftar edən zaman Allah buyurar: “Nə qədər iyi və ruhu pakizədir. Ey mələklər! Şahid olun ki, Mən onu bağışladım””.

İmam Sadiq (ə) buyurur: “Oruc tutan insan üçün iki sevinc vardır: biri iftar zamanı və biri isə Allah Təala ilə görüşən zaman”.

İmam Əli (ə) zərbətlənən zaman vəsiyyət edir və buyurur: “Sənə orucu vəsiyyət edirəm, çünki oruc – bədənin zəkatıdır. Əhli üçün hadisələrdən qalxandır”.

Həzrət Peyğəmbər (s) buyurub ki, Allah Təala buyurub: “Adəm övladının bütün əməli özü üçündür, orucdan başqa ki, o, Mənim üçündür. Mən ona mükafat verərəm. Oruc – mömin bəndənin Qiyamət günü atəşdən qalxanıdır. Oruc tutanın ağız iyi Allah Təala yanında müşk iyindən də ətirlidir. Oruc tutan iki halda sevinər: iftar zamanı ki, yeyər və içər. Və o zaman ki, Mənim görüşümə nail olar, onu behiştə daxil edərəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Dörd nəfər vardır ki, onların duası geri qayıtmaz. Səmanın qapıları duaları üçün açılar və ərşə qədər gedər. Atanın övladına görə etdiyi dua, məzlumun ona zülm edənə görə etdiyi duası, ümrə edənin duası o zamana qədər ki, qayıdar, oruc tutanın duası o zamana qədər ki, iftar edər”.

Allah Təala bizləri həqiqi oruc tutanlardan qərar versin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..