Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Aprel 12:49
Şərh Yoxdur
3180

Fürsətlər buludlar kimi ötüb gedər. Rəcəb ayının fürsətlərindən qafil olmayaq

Rəcəb ayı – o xüsusi zamanlardandır ki, rəhmətlə doludur. İnsanların qarşısına çoxlu fürsətlər qoyulur ki, bacardıqları qədər İlahi rəhmətdən daha çox faydalansınlar. Məsumlarımız (ə) bu ayda çoxlu istiğfar etməyi, oruc tutmağı, saleh əməllər yerinə yetirməyi, Allahı çoxlu zikr etməyi tövsiyə edirlər.

Allah Təala Qüdsi hədislərin birində Rəcəbi Özü ilə bəndələri arasında olan möhkəm kəndir adlandırmışdır. Hər kim ona çəng vurar, İlahi vüsala çatar. Bu ayda oruc tutanlar üçün çox sayda fəzilət zikr edilmişdir. O cümlədən: qəbir əzabının aradan qalxması, min ilin ibadətinə bərabər olması, cəhənnəmim qapılarının bağlanması, can verməyin çətinliyindən azad olmaq, Siratdan rahat keçmək, behiştdə bu insanlar üçün xüsusi yerin nəzərdə tutulması və cəhənnəmdən uzaq olmaq – bu ayda oruc tutanların malik olacaqları əcrlərdən bir neçəsidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Behiştdə qəsr vardır ki, Rəcəb ayının oruc tutanlarından savayı heç kəs ora daxil olmaz”. (Erfan/Deyerler)

Beləliklə görmək olur ki, insanın başqa aylarda tutduğu orucun fəziləti ilə bu mübarək aylarda tutduğu orucun fəzilətləri arasında çox fərq vardır. Ona görə də onu qənimət bilib, bəhrələnmək lazımdır.

Allahdan bağışlanma istəmək – hər bir zaman və məkanda mömin bəndə üçün zəruri mövzulardandır. İnsan öz təqsirlərinə və xatalarına diqqət edərək, Allaha üz tutar və bağışlanma istəyər. Bu ayda edilən tövbələrin də xüsusi təsiri vardır. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Hər kim Rəcəb ayında bu zikri yüz dəfə deyərsə: “Əstəğfirullahəl – ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və sədəqə verərək bu ayı sona çatdırarsa, yüz şəhidin savabına malik olar. Əgər Rəcəb ayında dünyadan gedərsə, Allah ondan razı olar”.

Bu ay – o xüsusi zamanlardandır ki, dualar göyə qalxar və hacətlər yerinə yetər. Bu, elə fürsətlərdir ki, tez bir zamanda gəlib gedər. Ona görə də onu dəyərləndirmək lazımdır. Əmirəl-möminin (ə) buyurur: “Fürsətlər buludların ötməsi kimi ötüb gedər. Ona görə də xeyirli fürsətlərdən bəhrələnin”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..