Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Fevral 12:26
Şərh Yoxdur
3287

Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər, nəsihətlərimə lazımınca əməl et ki, hər iki dünyanın xoşbəxtliyini əldə edə biləsən. Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir. Ey Əbuzər! Beş şey gəlib səni yaxalamamış, beş şeyi özün üçün qənimət bil: cavanlığı qocalıqdan, sağlamlığı xəstəlikdən, güc və qüvvəti zəiflikdən, asudəliyi giriftarçılıqdan və həyatı isə ölümdən əvvəl”.

İnsan daim öz səadətini əldə etmək üçün çalışır və ona qovuşmaq üçün özünü oda-közə vurur. Başqa təbirlə desək, səadətə çatmaq, xoşbəxtlik insanın zati istəyi olub, onun əsas hədəfi sayılır. Ona görə də bu səadətə çatmaq üçün vurnuxur, onu səadətə aparacaq yolları arayır. Peyğəmbər (s) bunu nəzərə alaraq buyurur ki, əgər mənim dediklərimə qulaq asıb onlara əməl etsən, öz fitri istəyinə  dünya və axirət səadətinə qovuşacaq, əgər üz döndərsən, həmin səadətdən məhrum olacaqsan. Peyğəmbərin (s) bu ifadəni işlətməsinin səbəbi, Əbuzərin deyilənləri daha yaxşı qavrayıb, qəbul etməsi üçün idi. Necə ki, hər hansı bir insan sağlamlığını yenidən bərpa etmək üçün həkimə müraciət edir; həkim isə onun üçün müəyyən nüsxə yazır və yalnız buna əməl edəcəyi təqdirdə sağlamlığını yenidən əldə edə biləcəyini bildirir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..