Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Avqust 12:13
Şərh Yoxdur
1961

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur:

“İman nədir və Allaha iman gətirmək nə deməkdir?

İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir və elm yolu ilə əldə edilir. İnsan Allahın varlığını dərk edirsə, bu, Allaha imandır. İman Allahın varlığını təsdiqd etməkdən ibarətdir. Elə bu səbəbdən də bəziləri imanı elmlə bərabər bilmişlər.

Amma Qurani-kərimə müraciət etdikdə məlum olur ki, bu baxış yanlışdır. Quran elm və imanı bərabər bilmir. Bir şeyin varlığın bilmək hələ ona iman gətirmək demək deyil. “Nəml” surəsinin 14–cü ayəsində buyurulur: “Ürəkdən əmin olduq-ları halda zülm və təkəbbür səbəbindən inkar etdilər”. Ayədə bildiklərini inkar edənlərə işarə olunur. Firon tərəfdarları Allahın varlığını və Musanın (ə) peyğəmbərliyini bildikləri halda bu həqiqətləri inkar edirdilər. Həzrət Musa (ə) Firona müraciətlə buyurur: Sözsüz ki, sən bilirsən ki, bu dəlilləri göylərin yerin Rəbbindən başqası nazil etməmişdir.[1] Bu həqiqətlərə yəqinliyi olan Fironun imanı vardımı? O, nəinki iman gətirməmişdi, hətta küfr edirdi: Ey qövmün böyükləri, mən sizin üçün özümdən başqa tanrı tanımıram”.[2]

Beləliklə, “elm varsa, iman var” demək olmaz. Amma imanın yaranması üçün hökmən elm və agahlığa ehtiyac var. İnsan tanımadığı bir şeyə iman gətirə bilməz. Son dövrlər müsəlman ziyalılar arasında belə bir fikir var ki, elm olan yerdə iman mümkün deyil və iman yalnız cəhalətdən doğru! Məsihi alimlər arasında mövcud olan nəzəriyyə nisbətən yumşaqdır. Onların fikirincə, insan bilib anlamadığı şeyə iman gətirə bilər. Məsihilər arasında belə bir şüar da var: “İman gətir ki, anlayasan”. Əlbəttə ki, bunlar yanlış fikirlərdir. “Elm varsa iman var əks təqdirdə yox” kimi fikirlər həqiqətdən uzaqdır.”

 

www.ahliman.info

[1] “İsra” surəsi ayə: 102.

[2] “Qəsəs” surəsi ayə: 38.

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..