Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 İyul 11:06
Şərh Yoxdur
2034

Dinimiz qadınlarla məsləhət etməyə necə baxır?

Ümumilikdə, dinimiz qadınlarla məsləhət etməyə müsbət baxır. Ancaq qadının lətif ruhunu nəzərə alaraq, əsas qərarı kişilərə buraxır. Çünki həm dinimiz,həm də aparılan çox sayda tədqiqatlat göstərmişdir ki, qadınlar bir qərar verən zaman çox vaxt hiss və həyəcanları onları üstələyir və ona görə də rasional yanaşma onlara tabe olmur.

 

Bu səbəbdən dinimiz mühüm mövzularda qadınlarla məsləhət etməyi çox da bəyənmir. İmam Əli (ə) buyurur: “Qadınlarla məsləhət etməkdən çəkinin, çünki rəyləri süstdür və qərar verən zaman acizdirlər, məgər o qadınlardan başqa ki, kamil ağıla təlim görmüşdülər”.

 

Bu hədisdən də göründüyü kimi, qadınların bir neçə növü vardır ki, bundan asılı olaraq onlarla məsləhət etmək tövsiyə olunur. Xanım Zəhra(s.ə), Xanım Zeynəb (s.ə) kimi qadınlar.

 

Peyğəmbərimizdən (ə) gələn hədisdə oxuyuruq: “Qızlarınızla bağlı mövzularda xanımlarınızla məsləhət edin”.

 

Əlbəttə o zaman ki, söhbət övladdan düşər, qadınlar ilk sırada durmalıdır. Çünki onu böyüdüb, başa çatdıran qadındır. Qadın hər bir övladının müsbət və mənfi tərəflərini başqalarından daha yaxşı bilir. Ona görə də övladı ilə bağlı mövzularda qadınlarla mütləq məsləhət etmək lazımdır.

 

Beləliklə deyə bilərik ki, dinimiz qadınlarla məsləhət etməyə pis baxmır. Ancaq müəyyən çərçivələri vardır ki, onlara riayət etmək lazımdır. Əgər qadında iman, ağıl, bilik, xeyirxahlıq, Allah qorxusu olarsa, təqvaya malik olarsa, səbirli və sirк saxlayan olarsa – o zaman onunla mühüm mövzuları məsləhət etmək olar. Necə ki, İmam Əli (ə) bu cür mövzuları Xanım Zəhra (s.ə) ilə məsləhət edərdi. (Tebyan/Deyerler)

 

Bunu nəzərə almaq lazımdır ki, qadınlar daha çox hissləri ilə hərəkət edərlər, ancaq kişilər daha çox ağılları ilə. Qadınlar qəlb sözünü dinləyərlər, kişilər ağıl. Ona görə də bütün mövzularda qadınlarla məsləhət etmək bəyənilmir. Burada çevik yanaşma sərgiləmək lazımdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..