Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 İyun 10:54
Şərh Yoxdur
373

Danışmaq və sükut

Həzrət Əli (ə) buyurmuşdur:

لَا خَيْرَ فِي الصَّمْتِ عَنِ الْحُكْمِ كَمَا أَنَّهُ لَا خَيْرَ فِي الْقَوْلِ بِالْجَهْلِ

“Alimin sükutu, cahilin isə danışığı faydasızdır.”[1]

Qısa izah

Allah-taala agah və alim insanlardan onların haqsızlıq, zülm və sitəm, inhiraflar və düşmən təcavüzü qarşısında sükut etməməsi barədə əhd almışdır . Belə insanlar öz əhdlərinə sadiq qalaraq öz tutarlı bəyan və məntiqləri ilə haqq-ədalət və hidayət nurunu insanların qəlblərində şölələndirməlidirlər. Hansısa bir şəxs bildikləri şeylərin az olmasına baxmayaraq, məlumatı olduğu məsələdə alim və onunla bağlı məsuliyyət daşıyır. Bu baxımdan, kifayət qədər elmi olmayan insanlar müəyyən işlərdə dəxalət edərək digərlərini inhiraf və azğınlığa sürükləməməlidir.

Elmi olduğu halda sükut etmək və bilmədiyi halda danışmaq – bunların hər ikisi bədbəxtlik törədən amillərdən sayılır. Əgər yaxşı nəzər salsaq, görərik ki, bugünkü dünyanın qlobal problemləri bu iki amilin diqqətə alınmamasından yaranmışdır. Nəticədə, alim və savadlı insanlar cəmiyyətə xeyirli və lazım olan məsələləri bəyan etmir, cahillər isə öz savadsızlıqları ilə cəmiyyəti fəsada sürükləyirlər.

 

[1] “Nəhcül-bəlağə”.

Digər “Hədislər ” Xəbərləri

imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı: “Əli ibn Əbi Talib (ə) özünü... Davamı..

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat... Davamı..

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər

Onlar (ə) şiələrinə görə qəmlənir və xəstələnirlər عَنِ ابْنِ أَبِي نَجْرَانَ قَالَ: سَمِعْتُ أَبَا الْحَسَنِ (ع) يَقُولُ‏: مَنْ عَادَى شِيعَتَنَا فَقَدْ عَادَانَا... Davamı..

Salehlərin qəbirlərini ziyarət edin…

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Atanın övladının üzərindəki haqqı

İmam Musa Kazimdən (ə) rəvayət edilən bir hədisdə deyilir: Bir kişi Allahın rəsulu Həzrət Məhəmməddən (s) soruşdu: Atanın övladı üzərində haqqı nədir?... Davamı..

Qəzəb və tələskənlik

Həzrət Əli (ə) buyurmuşdur: الحِدَّةُ نَوْعٌ مِنَ الْجُنُونِ لِأَنَّ صَاحِبَهَا يَنْدَمُ فَإِنْ لَمْ يَنْدَمْ فَجُنُونُهَا مُسْتَحْكَمٌ “Qəzəb və tələskənlik bir növ dəlilikdir.... Davamı..

Sizə 5 şeyi tövsiyə edirəm:

Allahdan başqa heç kimə ümid bağlamayın; Günahlarınızdan başqa heçnədən qorxmayın; Bilmədiyinizi suala “yox” deməkdən utanmayın; Bilmədiyinizi öyrənməyə utanmayın; Səbr edənlərdən olun ki,... Davamı..